Külli miqdarda vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan iki tender uddu

"AZTİKİNTİSERVİS" Məhdud Məsuliyyətli Cəmiyyəti "Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsi tərəfindən keçirilən iki tenderin qalibi olub.

"dogruxeber.tv" 32gun.az-a istinadən xəbər verir ki, şirkət Vəlvələçay-Taxtakörpü kanalının sağ sahil hissəsində (PK177+60–PK182+20) sürüşmənin qarşısının alınması məqsədilə yamaclarda terrasların əsaslı təmiri işlərini 197.378,01 manat müqabilində yerinə yetirəcək.

Bundan əlavə, "AZTİKİNTİSERVİS" MMC torpaq məcralı (Q=1,5 kbm/san) Qıraq Kəsəmən arxının (L=1,5 km) beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri işlərinin satınalınması üzrə keçirilən tenderdə də qalib seçilib. Bu işin dəyəri isə 157.182,42 manat təşkil edir.

Hər iki tender üzrə şirkətlə ümumilikdə 354.560,43 manat dəyərində müqavilə bağlanacağı gözlənilir.

Əldə etdiyimiz digər məlumata görə, tender qalibi olan “AZTİKİNTİSERVİS” MMC-nin dövlət büdcəsinə 82.970,62 manat vergi borcu var. Şirkətin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Paşa Papaqçıyev Yusif oğludur.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanuna əsasən, vergi borcu olan şirkətlərin tenderdə iştirakına icazə verilmir.

Xatırladaq ki, ötən ilin iyun ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov əmr imzalayıb. Əmrə əsasən, Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisi təyin edilib.(32gun.az)

Külli miqdarda vergi borcu olan şirkət Zakir Quliyevin rəis olduğu qurumdan iki tender uddu

Son xəbərlər

Yaponiyada güclü zəlzələ 13 can aldı

Texnologiya dünyasında şok hadisə: Süni intellekt nəzarətdən çıxdı?

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Azərbaycanda güllələnmə: Bir nəfər öldü

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Bütün xəbərlər