ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

dogruxeber.tv: - Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri Zemfira Hüseynbəyli diqqət mərkəzinə gəlib.

Zemfira Hüseynbəyli bayram tədbirinə bahalı qızıl kolye ilə gəlib. Briliant daş-qaşlarla bəzədilmiş qızıl kolyenin qiymətinin 38 000 manat olduğu iddia edilir.

Şöbə müdirinin belə bahalı kolye taxması tədbir iştirakçılarının diqqətindən yayınmayıb.

Zemfira Hüseynbəyli İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən əvvəl Mədəniyyət Nazirliyinin dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib. O, 2021-ci ildə bu vəzifədən çıxarılıb. 2022-ci ildən isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində şöbə müdiri vəzifəsində çalışmağa başlayıb.

İddia olunur ki, Zemfira Hüseynbəyli bu vəzifəyə Dövlət Su Ehtiyatları Agentliyinin aparat rəhbəri Fuad Quliyevin dəstəyi ilə təyin edilib. Fuad Quliyev sözügedən Agentliyin rəhbəri Zaur Mikayılovun qudasıdır.

Fuad Quliyev aparat rəhbəri təyin olunarkən gündəmə gəlmişdi. Mətbuat Zaur Mikayılovun qudasına yüksək vəzifə verməsini tənqid etmişdi.
İddialara görə, Zemfira Hüseynbəyli Fuad Quliyevin himayəsi nəticəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində güclü fiqura çevrilib və bu səbəbdəndir ki, məmur olmasına baxmayaraq hər kəsin qarşısında bahalı kolye ilə görünməkdən çəkinmir.// Reportyor.info

Oxunub: 456

Son xəbərlər

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Bütün xəbərlər