İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti həm əhaliyə çirkli su verir, həm də Xəzəri çirkləndirir

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti həm əhaliyə çirkli su verir, həm də Xəzəri çirkləndirir

Dövlət Su Ehtiyatları Agentliyini, eyni zamanda, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətini əhalinin ən çox şikayət etdiyi qurumlardan adlandırmaq doğru olardı. Buna əmin olmaq dövlət idarələrinin sosial media hesablarına diqqət yetirmək kifayətdir. Az qala heç vaxt müsbət rəy gözə dəymir. Abonentlər daim su qıtlığından, çirkli su verilməsindən şikayət edirlər. Su təsərrüfatına məsul qurumlar isə şikayətlərə ya gec reaksiya verirlər, ya da tamamilə laqeyd davranırlar. Bəzən eyni şikayətin aylarla yazıldığı, amma reaksiyasız qaldığı nəzərə çarpır.

"dogruxeber.tv" Bizimyol.info-ya istinadən xəbər verir ki, bu günlərdə sosial platformalarda İri Şəhərlərin Birləşmiş Su Təchizatının əhaliyə çirkli su verməsi ilə bağlı ardıcıl paylaşımlar diqqət çəkir. Sosial media istifadəçiləri ödənilən məbləğ müqabilində çox keyfiyyətsiz xidmətlə üzləşdiklərini yazırlar. Verilən su o qədər çirkli olur ki, hətta bunu pambıqla təmizləmək cəhdi də işə yaramır.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı məsələyə aprelin 6-da münasibət bildirib. Açıqlamada deyilir ki, məsələ araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək.

Su təsərrüfatı həm də Xəzəri şirkləndirirmiş. Bu, rəsmi səviyyədə elan olunub. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Qaradağ və Səbail rayonları ərazisindən tullantı sularının zərərsizləşdirilmədən boru vasitəsilə Xəzər dənizinə axıdıldığı müəyyən edib. Dənizə axan sudan nümunələr götürülüb. Analizin nəticələrinə görə su nümunəsində zərərli maddələrin miqdarının yol verilən həddən artıq olduğu rəsmi təsdiqini tapıb.

Faktla bağlı akt və protokol tərtib edilib. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin hüquqi şəxs qismində 12 min 500 manat məbləğində cərimələnməsi üçün toplanmış materiallar Qaradağ Rayon Məhkəməsinə göndərilib. Üstəlik, nöqsanların aradan qaldırılması üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə xəbərdarlıq məktubu ünvanlanıb. (Bizimyol.info)

Oxunub: 339

Son xəbərlər

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Bütün xəbərlər