Dövlət büdcəsindən pul "sızır"... Su Ehtiyatları Agentliyi milyonlarla manatlıq dotasiyaları "yuyur"

Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyəti üçün milyonlarla dotasiya ayrılır. Qurumun zərərlə işlədiyi məlumdur. Hələ “Azərsu” adlanan dönəmdə zərər hər il 100 milyon manatı keçirdi. Məsələn, 2022-ci ildə göstərici 180 milyon manatdan çox olmuşdu. Üstəlik, bərbad fəaliyyət cəmiyyətdə haqlı və ciddi narazılıq yaratmışdı. Bəlkə də, qurumun adını məhz buna görə dəyişdilər.

"dogruxeber.tv" Bizimyol.info-ya istinadən xəbər verir ki, agentlik dövləti ən çox borclandıran təşkilatlardandır. Xarici borclanmada xüsusi rol oynayır. Su təsərrüfatının idarə olunması da göz qabağındadır. Amma dotasiyanın ardı kəsilmir. Üstəlik, agentliyə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti 2 milyon manatlıq tender elan edib. Məlum tender baş verə biləcək qəzaların aradan qaldırılması üçün lazım olan avadanlıq və mal-materialların satın alınması ilə bağlıdır. Alınacaq materialların siyahısı qeyd olunub, məbləğin 2 milyon manatı aşması da. Halbuki çox böyük pullardan söhbət gedir. Həmin pullar şəhər su təsərrüfatını tam qaydasına salmalıdır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti sosial platforma səhifələrində yazılan rəylər isə indiyə qədər ayrılan vəsaitlərin bir işə yaramadığını göstərir.

Hövsandan Türkan Bayramova yazıb ki, uzun müddətdir evlərinin yaxınlığından keçən su xəttində sızma müşahidə edirlərmiş. Xidmətin qaynar xəttinə dəfələrlə zəng vurublar, maraqlanan olmayıb. Bu yerdə Türkan xanım “1248 dəfə” ifadəsini rişxəndlə yazıb. Yəni uzun müddətdir problemin həlli üçün çalışırlar. İki gün əvvəl boru partlayıb, evi su basıb. 955 qaynar xəttinə zəng zamanı yalnız laqeydlik görüblər.

Əbülfəz Babazadə yazır ki, Sahil qəsəbəsində tez-tez sular kəsilir. İri Şəhərlərin Birləşmiş Su Təchizatına müraciət edir. Gözlənildiyi kimi, heç bir reaksiya yoxdur.

Eltun Dövlətzadə Xırdalanda kanalizasiya problemi ilə üzləşdiklərini, amma əlaqədar qurumun işə vecsiz yanaşdığını qeyd edib. Onun da müraciəti havada qalıb.

Nə qədər belə problemlər var. Milyonlar nəyə sərf olunur, bilmək olmur. Nə xidmətdirsə, hər halda, əhaliyə xidmət etmir.

Oxunub: 270

Son xəbərlər

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Bütün xəbərlər