Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –ÖZÜ GÖRÜNMƏSƏ DƏ, YERİ GÖRÜNÜR!

dogruxeber.tv: - İllər ötdükcə təbiət Bakıdan da, bakılılardan da üz döndərmiş kimi görünür…Yağış, ildə bir dəfə yağan qar, bəzən külək də paytaxtı iflic edir. Həm də elə ki, illərdir aktuallığını qoruyan problemin həlli inandırıcı görünmür. Xüsusi ilə də, ötən ilin oktyabrında və sonuncu yağış miqdarı və fəsadları ilə problemi kuliminasiya nöqtəsinə daşıdı. Və…indi də problemə müxtəlif prizmalardan yanaşmalar müşahidə olunmaqdadır. Daha çox hədəf nöqtəsində görüntülənən isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur. Sıradan paytaxt sakinlərinin Əzizova ünvnlanmış ittihamları başadüşüləndir…Amma, bu sırada ictimai-siyasi arenada tanınmışların, ekspertlərin, bəzən isə məsul şəxslərin yer almasını birmənalı qarşılamaq yumşaq desək anlaşılan deyil.

Niyə?
Vahid mərkəzdən idarəetmə olmayanda…

Tamam, Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısıdır və ən xırdasından tutmuş, ən böyükünə qədər bu şəhərlə bağlı problemlər görünəndə ilk yada düşən də məhz o olur… Məntiqlə belə də olmalıdır. Amma, təəssüf ki, bəzən məntiqlə qanunlar, yazılmış qaydalar tərs mütənasib olur. Necə ki, bizim sevimli paytaxtımız bu tərs mütənasib taleyi yaşayır. Bakı kimlərinsə məntiqə və həm də bəlli gerçəkliklərə zidd, “cızma-qaralar”ının girovunda çabalayır…

Şəhərin başçısı var, başçının səlahiyyəti yox…2018-ci ildən bütün kommunal xidmətlər-su və kanalizasiya, qaz, işıq- Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindən çıxarıldı. Hazırda paytaxtın su təminatı və kanalizasiya xidməti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsin (PHŞ) Bakı Sukanal İdarəsinin səlahiyyətindədir. Eləcə də, qaz təminatı “Azəriqaz” İstehsalat Birliyinin, işıq təminatı “Azərişiq” ASC-nin, nəqliyyat xidməti AYNA-nın, yol infrastrukturu da AAYDA-nin vəzifədir ki, var.

Başqa sözlə sadaladığım sferalardakı problemlərin hər birinin öz sahibi var…Bu sahiblər sırasında isə Bakı Şəhər İcra Hakimiyyəti yer almır. Baxmayaraq ki, tənqid olunan da, bəzən söyülən də şəhər rəhbərliyidir.

Qeyd etdiyim kimi, məlum qanun-qaydaya uyğun olaraq, paytaxtın su təminatı və kanalizasiya xidməti rəhbəri Zaur Mikayılov olan ADSEA-nın tabeli strukturunun işi olmalıdır. “Olmalıdır” ona görə yazıram ki, ADSEA səahiyyətliləri bunu ya bilmir, ya da bilmək istəmirlər. Ən azı ötən ilin oktyabrında və sonuncu yağışda nə Zaur Mikayılovu, nə də hansısa bir tabeli məsul şəxsini “gördüm” deyən olmadı(?)

Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –ÖZÜ GÖRÜNMƏSƏ DƏ, YERİ GÖRÜNÜR!

Özü görünmür, amma yeri çılpaqlığı ilə görünür!

Normalda Zaur Mikayılov komandası ilə birgə Bakı küçələrində addım-addım dolanmalı, gölməçələrdə “üzməli” idi. “Üzür” də, amma gölməçələrdə yox, Eldar Əzizovun kölgəsində…Adamın heç “tükü də tərpənmir”. Nə hansısa kanalizasiya “lyuk”unun üstündə, nə hansısa gölməçə kənarında, nə mətbuat müstəvisində görünür, nə də bir kimsə onun adını dilə gətirmir(?)

Özünü elə aparır ki, Bakının bu problemindən sorumlu o yox mənəm, dövlətin bu istiqamətdə ayırdığı milyonları “həzmi-rabedən keçirən” də, o yox mənəm. Dövlətin milyonları demişkən, ADSEA-nin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ az qala ayın hər günü tender keçirir.
Bu tenderlər necə keçirilir? Hansı şirkətlər qalib seçilir, hansı şərtlərlə əməkdaşlıq edilir? Və nəhayət, milyonlarla ölçülən xərclərin qarışılığında niyə babat yağış həyatı iflic edir? Niyə bizim vergilərimizlə formalaşan büdcə vəsaitləri kanalizasiya borularında “tıxaca düşür”? Və s.

Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –ÖZÜ GÖRÜNMƏSƏ DƏ, YERİ GÖRÜNÜR!

Bu mövzuda məxsusi bir yazı olcaq. Ötənlərdə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in İdarə Heyətinin sədri vəzifəsini icra edən cənab Tahir Xəlilova “AMPER” MMC ilə əməkdaşlıqla bağlı bir online sorğu da, ünvanlamışıq. (Yeri gəlmişkən, məlumata görə Tahir Xəlilov da, Zaur Mikayılovun özü ilə gətidiyi kadrlardandır. İ. S.) Tərəflər arasında bu ayın 16-da Elektrik naqillərinin alınması ilə bağlı 171.686 manatlıq müqavilə imzalanıb. Nə isə, bu haqda qarşıdakı günlərdə…

Bakını necə xilas etməli?

Bu sual da, məlum problemlə paralel aktuallaşır…Təkcə yuxarıları, ekspertləri yox, elə sıradan paytaxt sakinlərini də düşündürür. Və müxtəlif fikirlər səslənir, təkliflər edilir…

Daha çox cəlbedici və əsalandırılmış təkliflər isə vahid idarəçilik mərkəzində cəmlənir. Problemləri ötür-ötür oyunundan qurtarmaq səlahiyyət, həm də məsuliyyət yolundan keçir. Paytaxtla bağlı bütün xidmət sahələri-su, kanalizasiya, qaz, işıq, nəqliyyat, yol infrastrukturu-vahid idrəçilik mərkəzində cəmlənməli və idarə edilməlidir. Təcrübə göstərir ki, bunun əksi, yəni hazırkı idarəçilik mexanizmi özünü nə doğrultmur, nə də doğruldacaq kimi görünmür. Hətta insan ölümləri ilə də müşahidə olunur…

Hökumət bu istiqamətdə iradə ortaya qoyub, vahid idarəçilik mərkəzinin mexanizmini hazırlamalı, gərəkən strukturu yaratmalıdır. Daha dəqiq desək, Meriya institutu formalaşdırılmalıdır. Komandası ilə birlikdə, təbii ki, seçki yolu ilə…//Yenixeber.org

Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –ÖZÜ GÖRÜNMƏSƏ DƏ, YERİ GÖRÜNÜR!

Oxunub: 961

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər