Kirayə vergisi 14%-dən 10%-ə endirilir

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb. Dəyişikliklər sahibkarlığın təşviqi, vergi yükünün azaldılması və kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsini hədəfləyir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yeniliklərin əsas istiqamətləri barədə ictimaiyyəti mərhələli şəkildə məlumatlandırır.

."DogruXeber.tv"-ın xəbərinə görə, Dövlət Vergi Xidmətinin əməkdaşı Şaiq Məmmədov bildirib ki, mənzillərin kirayəyə verilməsi rəsmi olaraq vergiyə cəlb olunan fəaliyyət olsa da, bazarda qeyri-rəsmi əməliyyatlar hələ də qalmaqdadır. Bu səbəbdən, prosesi rəsmiləşdirmək üçün həm inzibatçılığın sadələşdirilməsi, həm də vergi yükünün yüngülləşdirilməsi nəzərdə tutulub.

2025-ci il yanvarın 1-dən kirayə gəliri əldə edən vətəndaşlar üçün proses daha rahatlaşdırılıb. Artıq fiziki şəxslər vergi orqanında ayrıca uçota durmadan kirayə əməliyyatlarını idarə etmək üçün hüquqi və ya fiziki şəxs olan agent təyin edə biləcəklər. Bu agent vergi öhdəliklərinin yerinə yetirilməsinə cavabdeh olacaq.

Əsas yeniliklərdən biri isə fiziki şəxslərin digər fiziki şəxslərə kirayə verdiyi yaşayış sahələri üzrə vergi dərəcəsinin optimallaşdırılmasıdır. Vergi dərəcəsi 14%-dən 10%-ə endirilir ki, bu da ümumi vergi yükünün təxminən 30% azalması deməkdir. Məqsəd kirayə bazarında “ağarma”nı sürətləndirmək və könüllü əməletməni artırmaqdır.

Sahibkarlıq fəaliyyəti çərçivəsində, eləcə də hüquqi şəxslərə kirayəyə verilən əmlaklar üzrə isə 14%-lik mövcud vergi dərəcəsi dəyişmədən qalır.

Dəyişikliklər ümumilikdə vergidən yayınma hallarının qarşısını almaq, kirayə münasibətlərinin şəffaflaşdırılması və bu sahədə rəsmi müqavilələrin tətbiqini genişləndirməyi hədəfləyir . //Tribuna.az

Son xəbərlər

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər