Quba rayonunda icra nümayəndələri işdə YOX, “şəhərdə” — dağ kəndləri sahibsiz qalıb

DogruXeber.tv: - Qanunvericiliyə görə hər bir icra nümayəndəsi iş saatlarında ya idarədə, ya da tabeliyində olan ərazidə olmalıdır. Amma Quba rayonunun bir sıra dağlıq ərazidə yerləşən inzibati ərazi dairələri üzrə nümayəndəliklərində tam əks mənzərə yaşanır. Sakinlər deyir ki, nümayəndələr nəinki iş vaxtı idarədə olmur, hətta günlərlə, həftələrlə ərazilərində belə görünmürlər.

Xüsusilə dağ kəndlərinə cavabdeh olan nümayəndələrin adı daha çox hallanır. Buduq icra nümayəndəsi Şahin Həsənov, Əlik icra nümayəndəsi Mübariz Ağasiyev, Qonaqkənd nümayəndəsi Rasim Bəşirov və Xınalıq nümayəndəsi Nəsimi Məmmədov illərdir dağ kəndlərini “aşağıdan” idarə edirlər. Çünki adıçəkilən məmurların heç biri xidmət etdiyi kəndlərdə yaşamır.

Məlumata görə:

Mübariz Ağasiyev Quba şəhərində,

Şahin Həsənov Timiryazev qəsəbəsində,

Nəsimi Məmmədov və Rasim Bəşirov isə Alekseyevka kəndində yaşayırlar.

Bu isə o deməkdir ki, onların işə vaxtında çatması fiziki olaraq mümkünsüzdür. Məsələn, Şahin Həsənovun saat 09:00-da Buduq kəndində iş başında olması üçün hər gün ən azı səhər saat 05:00-da evdən çıxması lazımdır. Digər nümayəndələr üçün də vəziyyət eynidir.

Nəticədə dağlıq kəndlərin sakinləri illərdir icra nümayəndəsinin üzünü görmür. Ərazi ilə bağlı nə problem, nə də təxirəsalınmaz məsələ zamanı məsul şəxsi tapmaq olur. İnsanlar deyir ki, “nümayəndəlik kağız üzərində var, real həyatda yox”.

Bu hal həm dövlət qulluqçuları haqqında qanunvericiliyin açıq şəkildə pozulması, həm də kəndlərin faktiki olaraq sahibsiz qalması deməkdir. Məsafədən idarəçilik isə problemlərin yığılması, operativliyin olmaması və sakinlərin narazılıqlarının artması ilə nəticələnir.

İllərdir öz kəndlərinə ayaq basmayan nümayəndələrə rəğmən, dağ kəndlərinin problemi də, dərdi də öz içində boğulur. Sakinlər isə açıq soruşur: əgər icra nümayəndəsi kənddə yoxdursa, onda bu insanların dərdini kim dinləməlidir?//Shimalnews

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər