Tender müqavilələrinin imzalanması ilə bağlı YENİLİK

Satınalma prosedurunun nəticəsi üzrə satın alan təşkilatla təsərrüfat subyektləri arasında satınalma müqavilələri “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə bağlanılacaq.

Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, bu qanun satınalan təşkilatın cari ilin satınalma planında nəzərdə tutulmayan və bir büdcə ili ərzində cəmi dəyəri 10 min manatadək (ali, 1-ci və 2-ci kateqoriya dövlət orqanları, habelə cari ilin 1 yanvar tarixinə dövlət büdcəsindən maliyyələşdirilməyən satınalan təşkilatlara münasibətdə isə 20 min manatadək) olan satınalmalara şamil edilmir.

Təklif edilən dəyişikliyə əsasən, yuxarıdakı abzasda göstərilən halda müvafiq satınalmalarla bağlı müqavilə satınalan təşkilat tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə imzalandıqdan sonra bu qanuna uyğun olaraq müvafiq məlumatlar həmin informasiya sistemi tərəfindən avtomatik şəkildə dərhal portala ötürüləcək və satınalma komissiyası satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 iş günü ərzində müvafiq məlumatı portalda dərc edəcək.

Satınalma müqaviləsi qüvvəyə mindikdən sonra satınalan təşkilatın və müqaviləni bağlamış təchizatçının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı), VÖEN-i, satınalma predmeti, satınalma metodu, müqavilənin məbləği və icra müddəti barədə məlumatların portalda yerləşdirilməsi üçün həmin məlumatlar informasiya sistemi tərəfindən dərhal portala ötürüləcək və satınalma komissiyası satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 iş günü ərzində həmin məlumatları portalda dərc edəcək.

Mövcud qanunvericiliyə görə, məxfi məlumatlarla əlaqəli satınalmalar və bu satınalmalarla bağlı prosedurlar kağız daşıyıcılarında həyata keçirilir.

Qanun layihəsinə əsasən, yuxarıdakı abzasda göstərilən satınalmalar, habelə qalib təchizatçı qeyri-rezident olduğu hallar istisna olmaqla bu qanunun şamil edildiyi satınalmalara dair müqavilələr üzrə müqavilələrin bağlanılması və göndərilməsi informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Mövcud qanunvericiliyə görə, bu qanun aşağıdakı malların, işlərin və ya xidmətlərin satın alınmasına şamil edilmir:

yalnız dövlət orqanı (qurumu) və ya təbii inhisar subyektləri tərəfindən təqdim edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən (müəyyən edilən) mallar, işlər və ya xidmətlər;
“Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanunla tənzimlənən münasibətlər çərçivəsində mallar, işlər və ya xidmətlər;
müşahidə şurasının (direktorlar şurasının) tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla təsdiq edilən kommersiya hüquqi şəxsləri tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, o cümlədən məqsədli büdcə fondlarının vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları, yardımları, büdcədənkənar dövlət fondlarının vəsaitləri istisna olunmaqla, digər maliyyə vəsaiti hesabına alınan mallar, işlər və ya xidmətlər.
Həmçinin, satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Bu qanun satınalan təşkilatın cari ilin satınalma planında nəzərdə tutulmayan və bir büdcə ili ərzində cəmi dəyəri 10 min manatadək (ali, 1-ci və 2-ci kateqoriya dövlət orqanları, habelə cari ilin 1 yanvar tarixinə dövlət büdcəsindən maliyyələşdirilməyən satınalan təşkilatlara münasibətdə isə 20 min manatadək) olan satınalmalara şamil edilmir.

Qanun layihəsinə əsasən, yuxarıdakı iki abzasda nəzərdə tutulan mal, iş və xidmətlərin satın alınması üzrə müqavilələrin bağlanılması və göndərilməsi informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Mövcud qanunvericiliyə görə, məzarət orqanı yekun protokolu aldıqdan sonra 10 (on) iş günü ərzində yekun protokolun təsdiq olunub-olunmaması haqqında qərarı qəbul etmədikdə, yekun protokol təsdiq edilmiş hesab olunur və bu barədə məlumat dərhal portalda əks olunur.

Qanun layihəsinə əsasən, satınalmanın nəticələri barədə satınalma komissiyasının yekun protokolunun təsdiq edilməsi barədə nəzarət orqanının qərarı (yuxarıdakı abzasa uyğun olaraq nəzarət orqanının bununla bağlı qərarı olmadıqda təsdiq edilmiş hesab olunan yekun protokollar), qalib təchizatçının təklifi (iş həcmləri cədvəli və qiymət təklifi) dərhal informasiya sisteminə ötürüləcək.

Mövcud qanunvericiliyə görə, satınalan təşkilat təklifin şərtlər toplusunda göstərilmiş qüvvədə olma müddətinin bitməsinə 3 iş günü qalanadək qalib təchizatçının təklifini aksept edir.

Təklif edilən dəyişikliyə əsasən, satınalan təşkilat satınalma müqaviləsini informasiya sistemi vasitəsilə tərtib edib təchizatçıya portal vasitəsilə təqdim olunan aksept bildirişi ilə eyni vaxtda göndərəcək. Qalib təchizatçı 5 iş günü ərzində satınalma müqaviləsini informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalayacaq və satınalan təşkilata bu qanuna əsasən tələb olunan icra təminatını təqdim edəcək. Satınalan təşkilat satınalma müqaviləsini şərtlər toplusunda müəyyən edilmiş müddət ərzində, lakin 10 iş günündən gec olmayaraq informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalayacaq.

Mövcud qanunvericiliyə görə, satınalma müqaviləsi qalib təchizatçı tərəfindən imzalananadək satınalma komissiyası əvvəlcədən şərtlər toplusunda göstərmişdirsə, satınalma predmetinin hər vahidinin qiymətini və xüsusiyyətlərini (göstəricilərini) dəyişdirməmək, həmçinin ehtimal olunan qiyməti keçməmək şərti ilə nəzarət orqanının razılığı ilə satınalma predmetinin həcmini (miqdarını) 10 faizə qədər artırıb-azalda bilər.

Qanun layihəsinə əsasən, satınalma predmetinin həcmi (miqdarı) dəyişdirildiyi təqdirdə, satınalan təşkilat bu barədə məlumatı informasiya sisteminə dərhal ötürəcək.

Mövcud qanunvericiliyə görə, satınalma müqaviləsi qüvvəyə mindikdən sonra müqavilənin şərtlərinin dəyişdirilməsinə yol verilmir. Ssatınalma müqaviləsinin şərtlərinin dəyişdirilməsi barədə tərəflərin bir-birinə etdiyi yazılı müraciətlərə 10 iş günü müddətində baxılır.

Qanun layihəsinə əsasən, razılıq əldə edildiyi halda bu dəyişikliklər informasiya sistemi vasitəsilə həyata keçiriləcək.

Mövcud qanunvericiliyə görə, ehtimal olunan qiymətdən asılı olmayaraq qapalı tender, bir mənbədən satınalma və çərçivə sazişinin bağlanması ilə nəticələnən açıq tender və ya kotirovka sorğusu metodları yalnız nəzarət orqanının razılığı ilə tətbiq edilə bilər.

Qanun layihəsinə əsasən, nəzarət orqanı tərəfindən satınalma metodları ilə bağlı verilən razılıqlar informasiya sisteminə dərhal ötürüləcək.

Məlumat üçün bildirək ki, yuxarıda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi dedikdə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi nəzərdə tutulur.

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər