Dövlət Xidməti Prezidentin fərmanlarından xəbərsizdir?

Fizika İnstitutu tender müsabiqəsi keçirmədən bir mənbədən satınalma metodu əsasında 3 şirkətlə müqavilə imzalayıb.

"dogruxeber.tv" Yeniavaz.com-a istinadən xəbər verir ki, Fizika İnstitutu satınalma müqaviləsi imzaladığı şirkətlərə ümumilkdə 33 min 132 manat ödəyəcək.

– Məişət tullantılarının daşınması və ləğvi xidmətləri üçün “Kommunal Xidmətlər Müəssisəsi” MMC-yə (VÖEN – 1502142751) 6 min 700 manat;

– Dissertasiya Şurasına, İnstitutun əməkdaşları tərəfindən təqdim edilən elmi işlərin saxtakarlığının aşkarlanması və plagiatın qarşısının alınması üçün informasiya agentliyi xidmətindən istifadə üçün “Plagiar.PL” MMC-yə (VÖEN – 1602295321) 2 min 360 manat;

– “Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq” layihəsi çərçivəsində büdcədən maliyyələşən təşkilatlarda “Büdcə təşkilatları üçün Maliyyə və Mühasibatlıq Hesabatları” (BTMMH) avtomatlaşdırılmış informasiya sistemi – SERP proqram təminatının tətbiqi üçün “Sinam” MMC-yə (VÖEN – 1300149611) 24 min 72 manat.

Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri odur ki, dövlət satınalmalar portalında satınalan təşkilat Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu göstərilib.

Məlumat üçün bildirək ki, 2022-ci ilin iyul ayında Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Fizika İnstitutu AMEA-nın tərkibindən çıxarılaraq Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Onu da qeyd edək ki, məlumatlar dövlət satınalmalar portalında yerləşdirilən zaman Prezidenti İlham Əliyevin imzaladığı Fərman və Sərəncamların tələbləri nəzərə alınmır.

Ötən həftə Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi dövlət satınalmaları portalında yayımlanıb. Portalda yer alan məlumatda göstərilib ki, tender müsabiqəsi təkliflər sorğusu metodu əsasında keçirilib. Halbuki, 14 iyul 2023-cü il tarixində Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” yeni Qanunu təsdiq edib. 1 yanvar 2024-cü ildən qüvvəyə minən yeni Qanunun 44-cü maddəsində satınalmaların təkliflər sorğusu metodu ilə keçirilməsi barədə heç bir müddəa yoxdur.
Qeyd edək ki, dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətidir. Məsələ ilə bağlı daha əvvəl Dövlət Xidmətinə sorğu ünvanlasaq da, sullarımıza cavab verilməyib.

Oxunub: 440

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər