"QARA NİDA"lı  TENDER  müqavilələri...

"dogruxeber.tv" xəbər verir ki, 06.04.2022-ci il tarixində "Dövlət Satınalma Portalı"nda, İctimai Televiziya və Radio yayımları şirkətinin bir gündə iki - "Lider TV və Radio Azərbaycan" MMC (ləğv prosesindədir) (VÖEN-1400398891) ilə "Ləğv prosesində olan "Lider TV və Radio Azərbaycan"MMC-nin satış üçün nəzərdə tutulan əsas vəsaitlərin, aktivlərin və studiyanın satın alınması" (MƏBLƏĞ - 838581 AZN) və Fiziki şəxs Rəhimov Hikmət Vaqif oğlu (VÖEN-2002225642) ilə "Əsərin ssenarisinin müəlliflik hüququnun satın alınması" (MƏBLƏĞ - 14000 AZN) müqavilələri, Azərbaycan Dövlət Bədən tərbiyəsi və idman Akademiyasının "SİNAM" MMC (VÖEN-1300149611) ilə "Xidmət müqaviləsi" (Lot adı: "SERP" Proqram təminatının modullarına texniki dəstək xidmətinin satın alınması) (MƏBLƏĞ - 24780 AZN), Azərbaycan Texniki Universitetinin, "SİNAM" MMC ilə "Xidmət müqaviləsi" (Lot adı: Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Dünya bankı tərəfindən birgə həyata keçirilən "Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq" layihəsi çərçivəsində büdcədən maliyyələşən təşkilatlarda "Büdcə təşkilatları Maliyyə və Mühasibatlıq Hesabatları" (BTMMH(FARABI)) avtomatlaşdırılmış informasiya sistemi SERP (Müəssisə Resurslarının İdarə Edilməsi) proqram təminatının satın alınması) (MƏBLƏĞ - 34692 AZN) müqaviləsi bağladıqları barəsində məlumat dərc edilib. Hansı ki, yuxarıda sadalanan müqavilələrin heç biri barəsində ətraflı məlumat bölməsi doldurulmayıb. Yəni, sadəcə bu müqavilələrin bağlandığı bildirilir. Başqa heç bir məlumat, yaxud katirovka sorğusu olub-olmadıği belə qeyd edilməyib.

Belə ki, ətraflı məlumatın yerində "dağ kimi dayanan" "qara nida"lar burada qara işlərin bələdçisi rolunu oynayır.

Görəsən, oxucularda belə şübhə yaradan "qara nida"lar Maliyyə Nazirliyində şübhə yaratmırmı ki, onların sayı günü-gündən artır. Və ən maraqlısı da odur ki, bu cür müqavilələr çox zaman eyni müəssisələr tərəfindən bağlanır. Məsələn İctimai Televiziya və Radio Yayımları şirkətinin az müddət əvvəl bir gündə 12 müqavilə bağladığı zamanlar oldu. Hansı, hamısında da "ətraflı məlumat" bölməsi boş idi, Texniki Universitet bu cür müqavilələri az qala "hobbi"yə çevirib, Elmlər Akademiyasının nəzdində olan bir çox institut və universitetlər, Respublika Neyrocərrahiyyə Xəstəxanası və başqa bir neçə müəssisələr var ki, mütəmadi olaraq bu cür qapalı tender müqavilələri imzalayır. Diqqət etdinizsə, əksəriyyəti təhsil və səhiyyə müəssisələrinin bu sahədə daha çox aktivdir.

Kaş ki, xidmət fəaliyyətlərində də bu qədər bacarıqlı olsalar...

Yalnız, bu müqavilələrdən daha çox diqqət çəkən, Maliyyə Nazirliyinin bunlara səssiz qalması, barələrində heç bir araşdırmalar, tədbirlər həyata keçirməməsidir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Son xəbərlər

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Bütün xəbərlər