Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsində BÖYÜK YEYİNTİ - adını TENDER qoyublar... AMMA...

dogruxeber.tv: - Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsi satın alındığı bəlli olmayan bir kotirovka sorğusu müsabiqəsinə yekun vurması barədə məlumat yayıb. Məlumatda bildirilir ki, cari satınalma predmeti üzrə Satınalma Komissiyasının qərarı ilə “İZMİR-Ş” Firması tərəfindən təqdim edilən 62.767,74 manat dəyərində təklifin aksept olunması qərarı verilmişdir. Eyni zamanda diqqətinizə çatdırırıq ki, cari satınalma üzrə gözləmə müddəti 05.06.2025-ci il tarixdən qüvvəyə minir və 13.06.2025-ci il iş gününün sonu bitir. Məlumat satınalmaların portalında 04.06.2025-ci ildə dərc edilib.

Gözləmə müddəti artıq 10 gündür bitmiş bu satınalma proseduru üzrə Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsi satınalmaların portalında əlavə heç bir məlumat dərc etməyib. Amma qanunla Satınalan təşkilat olaraq qurum gözləmə müddəti bitdikdən sonra müqavilənin bağlanılması, satınalmanın baş tutub, tutmamasının səbəblərini portalda açıqlamalıdır. Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsnin Satınalma Komissiyası “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini tək burada pozmayıb.

Qurum Qanunla müəyyən edilmiş təchizatçıların uyğunluq göstəricilərinin tələblərinə də riayət etməmişdir. Məsələn, texniki imkanlarının və maddi-texniki bazasının olması, satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması kimi tələbləri nəzərə almamışdır.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “İZMİR-Ş” Firmasının (VÖEN: 1000279851) 21.12.2004-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 200 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ŞÖVKƏT MƏMMƏDOVA, ev.5, m.33, qanuni təmsilçisi kimi isə Sultanov Əli Bağır oğlu qeyd olunub. Firmaya operativ vergi nəzarəti üzrə – əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunması vəziyyəti haqqında AKT-a əsasən 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

Bu məlumatlardan da göründüyü kimi Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsi ilə “İZMİR-Ş” Firması arasında bağlanmış satınalma müqaviləsində təchizatçı şirkətin müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması nəzərə alınmamışdır. Bu da keçirilmiş kotirovka prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsi geyim formalarının satın alınması üzrə keçirdiyi açıq tenderdə “HERMANO” MMC-ni qalib seçmiş və 493.105,48 manat məbləğində satınalma müqaviləsi bağlamışdır.

Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsi tərəfindən nəzərdə tutulmuş geyim formalarının satın alınmasına dair keçirilmiş açıq tendrdə ehtimal olunan qiyməti 912.164,52 manat müəyyən edilmişdir. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı şirkətin təklif edərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsi açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, 50 faizə yaxın qiymət təqdim etmiş “HERMANO” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsi tərəfindən satınalmalarda yol verilmiş qanun pozuntuları bunlarla bitmir. Belə ki, 15.10.2024-cü ildə Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsi tərəfindən satınalma planları açıqlanmışdır.Satınalma planlarına 1 açıq tender, 6 kotirovka sorğusu daxil edilmişdir. Apardığımız araşdırma zamanı məlum oldu ki, Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin Satınalma Komissiyası 2024-cü ildə yuxarıda göstərilən satınalmalarla bağlı dövlət satınalmalarının vahid internet portalında iddiaçılara heç bir elektron dəvət (e-kotirovka), (e-tender) elanı verməmişdir. Görsənən odur ki, qurum satınalmalarda qanun tanımır.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general mayoru Asif Məmmədlidir. Onun Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ən yaxın adamlarından biri olduğu söylənilir.// Aktualinfo.org

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər