“Maaş gecikib, normadan artıq işlədiblər və məzuniyyət pulu verməyiblər” – “Xaliq Faiqoğlu” şirkətində nə baş verir?

Özəl sektorda əmək hüquqlarının pozulması ilə bağlı şikayətlər səngimək bilmir.

Bu dəfə müraciət edən vətəndaş Mürsəlov Fəxri Gəncalı oğlu çalışdığı “Xaliq Faiqoğlu” şirkətindən narazılığını dilə gətirib.

Vətəndaş çalışdığı müddətdə əməkhaqqının 10-15 gün gecikdirildiyini, normadan artıq işlədildiyini və məzuniyyət hüququnun təmin olunmadığını, işdən çıxarılarkən hesablaşmanın (raşotnoy) da düzgün aparılmadığını iddia edib.

Fəxri Mürsəlov qeyd edib ki, şirkətdə 1 il 9 ay çalışıb. Keçən ay səhhətində yaranan problem səbəbilə dizindən əməliyyat olunub və bu müddətdə işə çıxa bilməyib. Şikayətçinin iddiasına görə, həmin vaxt ona işdən çıxması üçün ərizə yazmaq təklif edilib:

“Yanvarın 11-də böyük çətinliklə gedib ərizə yazdım. Ərizədən sonra kartıma cəmi 261 manat köçürüldü. Noyabr ayında yarım ay işləmişdim. Daha sonra səhhətim pisləşdi, xəstəxanada yatdım və əməliyyat olundum”, – deyə şikayətçi vurğulayıb.

Problemlə əlaqədar KONKRET.az “Xaliq Faiqoğlu” şirkətinə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, şirkətin təmir mərkəzində çilingər vəzifəsində çalışan Mürsəlov Fəxri Gəncalı oğlu 09.11.2025-ci il tarixinədək işə çıxıb. Lakin həmin tarixdən sonra işə davam etməyib.

Şirkətin açıqlamasında qeyd olunub ki, vətəndaş 15.12.2025–25.12.2025 tarixlərini əhatə edən xəstəlik vərəqəsini təqdim edib.

Bununla yanaşı, şirkət əməkdaşın işdən çıxarılması ilə bağlı ona hər hansı tələb irəli sürülmədiyini bildirib. Şirkətdən vətəndaşın digər iddialarının da araşdırılacağı və cavab veriləcəyi qeyd olunub. /KONKRET.az/

Son xəbərlər

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bütün xəbərlər