gundem / Cəmiyyət / Manşet
17.02.2026
İşdən çıxarılan TƏBİB rəhbərinin qardaşı bu vəzifəli şəxsdir
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov dünən vəzifəsindən azad edilib.
"DogruXeber.tv" "PostMedia"a istinadən xəbər verir ki, o, TƏBİB-in Müşahidə Şurası üzvlərinin qərarı ilə vəzifəsindən azad olunub.
Qeyd edək ki, bu gün vəzifəsini itirən Vüqar Qurbanovun qardaşı da yüksək vəzifədə çalışır. Belə ki, TƏBİB-in sabiq icraçı direktorunun qardaşı Vüsal Qurbanov hazırda Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktorudur.
Qeyd edək ki, Vüqar Qurbanov 2022-ci ilin sentyabrında TƏBİB-in icraçı direktoru təyin edilmişdi.
Uzun müddət AMB-də müxtəlif vəzifələrdə çalışmış Vüsal Qurbanov isə 2025-ci ilin fevralında Mərkəzi Bankın Baş direktoru təyin olunub.



