gundem / Səhiyyə
10.01.2023, 12:30
Vüqar Qurbanov onu özünə müşavir TƏYİN ETDİ - FOTO
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni təyinat olub.
"dogruxeber.tv"ın əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, Pərvin Əkbərov TƏBİB-in icraçı direktorunun müşaviri təyin edilib.
Qeyd edək ki, P.Əkbərov bu təyinatadək Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru olub.




