Quba Şahmat məktəbində “ölü bölmələr”, maaşlar və qohum şəbəkəsi

DogruXeber.tv: - Qubada fəaliyyət göstərən Quba rayonu İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində maliyyə və idarəetmə ilə bağlı ciddi qanun pozuntularının baş verdiyi iddia olunur.

Məlumata görə, məktəbin direktoru Qüdrət İsmayılov vəfat etdikdən sonra direktor vəzifəsinin icrası müvəqqəti olaraq direktor müavini Şöhrət Şirinova həvalə edilib. Lakin iddialara əsasən, bu vəziyyətdən istifadə edən Şöhrət Şirinov məktəbin fəaliyyətində ciddi qanun pozuntularına yol verir.
Bildirilir ki, rayonun müxtəlif kəndlərində guya idman bölmələrinin fəaliyyət göstərdiyi sənədlərdə qeyd olunur. Ancaq yerli sakinlərin sözlərinə görə, həmin bölmələrin əksəriyyəti reallıqda fəaliyyət göstərmir və yalnız kağız üzərində mövcuddur. Buna baxmayaraq, həmin bölmələrdə işlədiyi göstərilən məşqçi-müəllimlərə dövlət büdcəsindən əmək haqqı ayrılır.

İddialara görə, bu müəllimlər arasında direktor əvəzi Şöhrət Şirinovun yaxın qohumları da var. Uzun müddətdir ayrılan maaş vəsaitinin həmin şəxslərlə Şöhrət Şirinov arasında bölüşdürüldüyü bildirilir.

Bununla yanaşı, məktəbdə dərs saatlarının bölüşdürülməsində də ciddi qanun pozuntularının olduğu iddia edilir. Belə ki, Şöhrət Şirinovun istədiyi müəllimlərə normadan artıq dərs saatı yazdırdığı, nəticədə dövlət büdcəsindən ayrılan vəsaitin əsassız şəkildə artırıldığı qeyd olunur.

Mənbələrin sözlərinə görə, bu səbəbdən məktəbdə dərs cədvəlinin də gizli saxlanıldığı və ictimaiyyətə təqdim edilmədiyi bildirilir.

Səsləndirilən iddiaların doğru olub-olmaması müvafiq qurumlar tərəfindən araşdırılmalıdır. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.// Xxeber Xxeber (facebook)

Son xəbərlər

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Bütün xəbərlər