Adı “30 min”lik rüşvətdə hallanırdı, direktor təyin edildi

Ötən ilin dekabr ayında Hacıbaba Əliyev adına Quba şəhər 1 saylı tam orta məktəbinə direktor təyin edilmək üçün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin hazırda həbsdə olan keçmiş müdiri Rüfət Haciyevə 30 min manat rüşvət verməkdə adı hallanan Sevil Allahverdiyeva Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinə direktor təyin edilib.

"dogruxeber.tv"ın “7Times.az”-dan əldə etdiyi məlumata görə, əvvəllər, indi direktor təyin edildiyi Alekseyevka kənd tam orta məktəbində ibtidai sinif müəllimi olan Sevil Allahverdiyevanın Quba şəhər 1 saylı tam orta məktəbinə direktor təyin edilmək üçün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin keçmiş müdiri, hazırda həbsdə olan Rüfət Haciyevə bu təyinat üçün 30 min manat vəsait verdiyi iddia edilirdi.Bu iddiaların nə dərəcədə həqiqətə uyğun olub-olmadığını dəqiq deyə bilməsək də o zaman onun sözügedən məktəbə direktor təyin edilməsi baş tutmamışdı.

Məktəbin pedaqoji kollektivi Sevil Allahverdiyevanın təhsil ocağına rəhbər təyin edilməsinə etiraz edərək bu təyinatın həyata keçiriləcəyi halda dərslərə girməkdən imtina edəcəyini bildirmiş, məsələ barəsində aidiyyatı strukturlara öz etirazlarını çatdırmışdılar. Daha sonra Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbər şəxsləri məktəbə gələrək pedaqoji kollektivlə görüşüb və onlara bu təyinatın baş tutmayacağı haqda söz vermişdilər.

Ötən ay bu qalmaqallarda adı hallanan Sevil Allahverdiyeva müvafiq əmrlə Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinə direktor təyin edilib.

“7Times.az”ın əldə etdiyi məlumata görə, onun bu təyinatı Azərbaycan Respublikasının Təhsil İnstitutunun rəhbər şəxslərindən birinin sayəsində baş tutub.//siam.az

Son xəbərlər

Kəlbəcər yolunda qəza - Xəsarət alanlar var

Elçin Quliyev kralla birgə Qarabağ atlarını izlədi

İranda mühərrik yağı istehsal edən zavodda yanğın olub

Adı "Fənərbağça" ilə hallanan futbolçu "Roma"nın hədəfində

Sumqayıtda evdə kişi meyiti aşkarlanıb

“Türküstan görüşü gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən platforma kimi yadda qaldı

Ürək üçün ən zərərli məhsullar açıqlandı

10 ildir oynadığı klubdan ayrılır

Yer kürəsində maqnit fırtınası qeydə alınıb

Bazar günü intensiv yağış yağacaq

Nərimanovun sabiq icra başçısı vəfat etdi

WUF13-də iştirak üçün 40 mindən şəxs qeydiyyatdan keçib

Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb

Dünya bazarlarında neft bahalaşıb

Qadınların ölkədən çıxış məhdudiyyətini ləğv etdilər

Cəbrayıl və Xocalıya növbəti köç karvanları yola salınıb

Ölkə ərazisinə yağış yağır - Bəzi yerlərdə leysan xarakterlidir

Xərçəngə qarşı 5 şəxsə dərman tətbiq olundu

Ordumuzda silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirildi

Kardiologiya İnstitutunda - Yeni təyinat

İctimai nəqliyyatda tələbələrə hansı güzəştlər edilə bilər?

Xətai rayonunda “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Bölgələrdə samovar çayının qiyməti 50 manata yüksəldi

Kadir İnanır reanimasiyaya yerləşdirildi

5 gün ardıcıl qeyri-iş günü olacaq

Bu gündən güclü geomaqnit qasırğası başlayır

İsmayıllı-Lahıc yolunda uçqun oldu - Hərəkət dayandı

Donald Tramp İranın təslim olacağına əmindir

"Qarabağ" "İmişli"ni, "Şamaxı" "Turan Tovuz"u qəbul edir

Bayram namazının vaxtı açıqlandı

Bütün xəbərlər