İran Xameneinin varisinin təyinatını təxirə saldı

İran təhlükəsizlik səbəbindən Ayətullah Əli Xameneinin ölümündən sonra yeni Ali Liderin təyin olunması prosesini təxirə salıb.

"DogruXeber.tv" xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.

Bildirilib ki, qərar ABŞ və İsrailin ölkənin yeni liderinin də hədəfə çevrilə biləcəyi barədə açıqlamalarından sonra qəbul edilib.

ABŞ və İsrailin hərbi əməliyyatı nəticəsində öldürülən İranın Ali Lideri Əli Xameneinin varisinin müəyyənləşdirilməsi prosesi təhlükəsizlik riski səbəbindən müvəqqəti dayandırılıb.

İran Liderliyi üzrə Ekspertlər Şurasının Rəyasət Heyətinin üzvü Möhsün Kumi isə martın 5-də bildirib ki, ölkədə yeni Ali Liderin seçilməsi prosesi artıq son mərhələyə çatıb. Onun sözlərinə görə, prosedur Konstitusiyaya və şuranın daxili qaydalarına uyğun şəkildə həyata keçirilir.

Qeyd edək ki, bundan əvvəl “The New York Times” (NYT) mənbələrə istinadən yazıb ki, Əli Xameneinin oğlu Mücətbə Xamenei atasının vəzifəsinə əsas namizədlərdən biri hesab olunur. Qəzet bildirib ki, onun seçilməsi İran hakim elitasının radikallaşmasının göstəricisi ola bilər və bu prosesdə İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndələri daha çox təsirə malik olur.

Eyni zamanda, İsrailin müdafiə naziri İsrael Katz İranın növbəti Ali Liderini “məhv edilməli hədəf” adlandırıb. O bildirib ki, İsrail Ordusuna Əli Xameneinin varisinin məhv edilməsinə hazırlaşmaq barədə göstəriş verilib.

Son xəbərlər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Bütün xəbərlər