Torpaq kəskin bahalaşacaq

"Ənənəvi olaraq hər il fevralın sonu martın əvvəllərində tikinti bazarı aktivləşir. Bu aktivləşmə fonunda fərdi mənzillər üçün torpaq sahələrinə tələb artır. Tələb artdıqca qiymətlər də yüksəlir. Proqnozlara görə bu il perspektiv inkişaf planına daxil olan torpaqların qiyməti daha çox artacaq”. Bunu Abşeron yarımadasındakı torpaq sahələrinin qiyməti ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətin sədri Vüqar Oruc deyib.

O bildirib ki, Masazır, Xocəsən, Hökməli, Binəqədi ətrafı və Sulutəpə ərazisində tikinti aktivləşdiyinə görə bu ərazilərdə torpağın qiymətinin daha çox artımı gözlənilir:

"Dənizkənarı ərazilərdəki torpaqlara da tələbat artacaq. Çünki imkanlı şəxslər özləri üçün "bağ evi” inşa etdirməyə üstünlük verirlər. "Bağ evi” üçün də arzuolunan ərazi dəniz sahilləridir. Bu mənada "bağ evləri” üçün torpaq sahələrinə bu il ehtiyac daha böyük olacaq. Ənənəvi olaraq Mərdəkan, Şüvəlan, Buzovna, Bilgəh və Novxanı ərazilərində bağ həvəskarları torpaq axtarır. Hazırda bu ərazilərdə torpağın qiyməti 40-50 min manatdan başlayır. "SEA Breeze”ə yaxın ərazilərdə isə qiymətlər 70-80 minə çatır.

Paytaxta gəldikdə isə onu demək olar ki, hazırda ən çox tikinti Nərimanov, Xətai rayonlarında gedir. Xətai rayonun "Qara şəhər” ərazisində, Babək prospektinin və Həzi Aslanov metrosunun ətrafında mənzil tikintisi sürətlə davam edir. Zığ və Hövsan qəsəbələrində də tikinti bumu var. Bu ərazilərdə qiymətlərin artması qaçılmazdır.

Adını çəkdiyim ərazilərdə torpağın qiymətinin 20-25 faiz yüksəlməsi gözlənilir. Qobu-Hökməli yolunun yenidən inşası və Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində yeni kompleksin tikintisinə hazırlıq həmin ərazilərdə torpaq sahələrinin qiymət artımını qaçılmaz edəcək”.

Bəs hansı ərazilərdi torpaqların qiymətində böyük dəyişiklik?

Müsahibimiz əsaslı qiymət artımı gözlənilməyən əraziləri də qeyd edib:

"Bəzi ərazilər var ki, orada qiymət artımı gözlənilmir. Qaradağ və Pirallahı rayonlarının, eləcə də Xəzər rayonun cənub-qərb ərazilərində torpaqların qiymətində ciddi artım gözlənilmir. Ən yaxşı halda həmin ərazilərdə qiymətlər çox cüzi yüksələ bilər”.

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər