XİN rəhbəri: Gürcüstan-Azərbaycan əməkdaşlığının əhəmiyyəti artır

Gürcüstanla Azərbaycan bir-birinin əhəmiyyətini çox yaxşı anlayır və bu da mövcud dostluq və əməkdaşlığı daha da möhkəmləndirir.

DogruXeber.tv xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.

Onun sözlərinə görə, sıx əməkdaşlıq hər iki ölkə üçün vacibdir.

"Gürcüstan üçün Azərbaycanla münasibətlər Asiya ilə əlaqələr, Azərbaycan üçün isə Gürcüstanla münasibətlər Avropa ilə əlaqələr baxımından əhəmiyyətlidir. Bu əlaqələr gələcəkdə daha da genişləndirilməlidir", - Boçorişvili əlavə edib.

XİN rəhbəri Azərbaycanın Gürcüstan üçün çox mühüm ticarət tərəfdaşı olduğunu və ölkələr arasında ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdiyini vurğulayıb.

"Bu ayın sonunda Gürcüstanda Azərbaycanla iqtisadi əməkdaşlıq komissiyasının iclasının keçirilməsi planlaşdırılır. Toplantı çərçivəsində konkret istiqamətlər, konkret nəticələr və gələcək planlar müzakirə olunacaq. Gələcəkdə bir-birimizlə daha yaxşı əməkdaşlıq nümunələri yaratmaq üçün artıq əsas var", - XİN rəhbəri söyləyib.

Nazir birgə investisiyalar sahəsində Gürcüstanla Azərbaycan arasında əməkdaşlığın kifayət qədər sıx olduğunu qeyd edib.

"Azərbaycan Gürcüstana əhəmiyyətli sərmayələr yatıran ölkədir və biz birgə layihələrin olması üçün bu əməkdaşlığı daha da inkişaf etdiririk. Hazırkı hadisələr fonunda biz əminliklə söyləyə bilərik ki, Gürcüstan-Azərbaycan əməkdaşlığının əhəmiyyəti regional səviyyə çərçivəsindən kənara çıxır və qlobal miqyasda baş verən proseslər kontekstində daha geniş əhəmiyyətə malikdir", - nazir əlavə edib.//apa

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər