İran BƏƏ ərazisindən mümkün təxribatlara sərt cavabla hədələdi

İran tərəfi Birləşmiş Ərəb Əmirlikləri ərazisindən Tehrana qarşı hər hansı təxribat baş verəcəyi təqdirdə sarsıdıcı cavab veriləcəyini bəyan edib.

DogruXeber.tv xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı”nın rəsmi nümayəndəsi İbrahim Zolfəqari açıqlama verib.

Onun sözlərinə görə, BƏƏ ərazisindən İranın adaları, limanları və sahil zonalarına qarşı hər hansı addım atılarsa, buna peşman edəcək sərt reaksiya göstəriləcək. O, həmçinin BƏƏ rəhbərliyini ölkəni “amerikalılar və sionistlərin yuvasına çevirməməyə” çağırıb.

Məlumata görə, daha əvvəl BƏƏ Müdafiə Nazirliyi İran istiqamətindən buraxıldığı bildirilən dörd qanadlı raketin qeydə alındığını açıqlayıb. Raketlərdən üçünün zərərsizləşdirildiyi, birinin isə dənizə düşdüyü qeyd olunub.

Bundan əlavə, Füceyrədə yerləşən neft sənayesi kompleksində pilotsuz uçuş aparatının hücumu nəticəsində yanğın baş verdiyi və Hindistan vətəndaşı olan üç nəfərin xəsarət aldığı bildirilib.

Qeyd edək ki, İran Dövlət Teleradio Şirkəti (IRIB) isə yüksək vəzifəli hərbi mənbəyə istinadla İranın BƏƏ-də obyektlərə hücum planının olmadığını açıqlayıb. İran Silahlı Qüvvələri də son günlər bu istiqamətdə raket və pilotsuz aparatlarla hər hansı əməliyyat aparılmadığını bəyan edib./teleqraf

Son xəbərlər

Küveyt İrana xəbərdarlıq etdi

Saakaşvilidən müharibə xəbərdarlığı: Bakı buna icazə verməyəcək

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

Bakıda evdən 6 min dollar oğurlayan usta saxlanıldı

Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Prezident Qurban Qurbanovu təltif etdi

Qubanın 3 kəndinin adı dəyişdirildi

Yaşla əlaqəli beyin iltihabının müalicəsi tapıldı

Nyu-Cersidə miqrant mərkəzi ətrafında məhdudiyyətlər genişləndirilib

Peykdən birbaşa telefona internet – ölkə texnologiyada yeni mərhələyə keçdi

Bu marşrutun bütün avtobusları yenilənir

Myanmanın şimal-şərqində partlayıcı maddə anbarında partlayış nəticəsində onlarla insan həlak olub

Maşın alıb-satanlara bazardan SON XƏBƏR

Azərbaycan üzərindən daha bir ticarət yolu – Rusiya milyardlar itirəcək

"Makedon" vəfat etdi

Yol Polisindən müraciət

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Netanyahu şirkət rəhbərini milli təhlükəsizlik müşaviri təyin etdi

“Hizbullah” İsrail ərazisinə 20-dən çox raket atdı

Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır

Sabahdan gömrük bağlamalarını bəyan etməyin qaydası dəyişir

Pezeşkian İrandakı son durumdan danışdı

Azərbaycan cüdoçuları Avropa Kubokunun son günündə dörd medal qazanıblar

Tramp İrana daha sərt şərtlər irəli sürdü

KİV: Xərçəng əleyhinə vaksinin sınaqları görünməmiş nəticələr göstərib

Əlcəzair Azərbaycanla strateji enerji əməkdaşlığı müqaviləsini ratifikasiya edib

Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir

Ayın 31-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ

№1 Çörək Zavodunun şirniyyatlarını kif basıb – İstifadə müddətinə aldanmayın

Bütün xəbərlər