Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...

İan Peart 90-cı illərin axırlarında Bakıya ingilis dili müəllimi kimi gəlib. Sonra Səadət xanımla tanış olub, ailə qurub və Bakıda yaşamağa qərar verib. Səadət xanım İncəsənət Universitetində ingilis dilindən dərs deyirdi.

DogruXeber.tv Kult.az-a istinadən xəbər verir ki, bu sözləri “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu qeyd edib.

“Bu ailə birliyi sonradan həm də iş birliyinə çevrildi. Onlar Azərbaycan dilindən ingilis dilinə tərcümələr etməyə başladılar.

Tariximizə və mədəniyyətimizə aid ən klassik mətnləri ingilis dilinə çevirdilər. İçərişəhərin tarixi, Şuşa, muğam, xalçaçılıq, dulusçuluq, memarlıq və digər mövzulara aid çoxlu mətn və kitabı Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sifarişləri əsasında tərcümə etdilər. İncəsənətimiz və mədəniyyətimiz haqqında çoxlu məqalələr yazıb ingilisdilli mətbuatda nəşr etdirdilər.

Bir neçə il əvvəl gözlənilməz xəstəlikdən Səadət xanım dünyasını dəyişdi. Bununla da İanı Azərbaycana bağlayan əsas qanadı qırıldı. Buna baxmayaraq, mədəniyyətimizə dəlicəsinə vurğun olduğundan Bakıda qaldı və tərcümə fəaliyyətini davam etdirdi. Onun üçün dünyanın ən gözəl futbol komandası “Qarabağ”, ən əfsanəvi atı Qarabağ atı, ən cənnət məkanı Şuşa, insan qəlbinin ən saf səsi isə muğam idi.

İanı yaxından tanıyanlar bilirlər ki, bunları əsla şişirtmirəm.

Səadət xanımın vəfatından sonra çoxdan başlayan xəstəlik daha da şiddətləndi. O, həm amansız xəstəlik, həm də tənhalıq qarşısında təkbaşına duruş gətirə bilmədi, gündən-günə zəiflədi.

İstanbulda yaşayan qızı onu öz yanına apardı.

Bu yaxınlarda qızı ilə danışdım. Dedi: “Papa daha da ağırlaşıb. Artıq yataqdan belə qalxa bilmir. Kiminsə onu bu vəziyyətdə görməsini də istəmir”.

İan bizim mədəniyyətimizin dünyaya tanıdılmasına ürəkdən xidmət edib. Bu, yalnız mədəniyyətimizə olan sevgisi ilə bağlı deyildi. O, bunu həm də öz həyat missiyası hesab edirdi.

İstədim ki, bir vaxtlar İanı tanıyan, onun zəhmətini və tərcümələrini yüksək qiymətləndirən insanlar halından xəbər tutsunlar.

Bəzən bir insanın illərlə gördüyü xidmətə verilən ən böyük qiymət onun ən çətin günündə unudulmamasıdır”, - o bildirib.

Son xəbərlər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Bütün xəbərlər