hadise
7.02.2018, 12:55
Oğurlamaq istədiyi maşında qaldı

Kanadanın Edmonton şəhərində park edilmiş bir avtomobilə girən oğru onu çalışdırmaq istəyərkən ətrafdakılar tərəfindən fərq edilib və yaxalanıb.
Oğrunu görən insanlar maşının qapısını tutaraq oğrunun qaçmasına əngəl olublar və polisə xəbər veriblər.
Hadisə yerinə gələn polis oğrunu maşından endirib və nəzarətə alıb.AzNews.az


