hadise
18.02.2018, 15:13
Müdirinin arvadını qaçırtdı, beldən aşağı güllələndi - Namus DAVASI - FOTO

İstanbulda 6 il əvvəl müdirinin arvadını qaçıran 28 yaşlı Serhat Demir öldürülüb.
Serhat midyeçiliklə ( dəniz məhsulu olan inci) məşğul olan Davutun restoranında işə başlayıb. Daha sonra isə müdirinin həyat yoldaşı Halise ilə münasibət qurub. Birlikdə Adanaya qaçan cütlük daha sonra yollarını ayırsa da bunun bədəli ağır olub.
Davut qardaşı ilə plan quraraq namusunu təmizləyə qərar verib. O, hadisədən 6 il sonra Serhatın iş yerini taparaq onu izləyib.
Serhatın qurşaqdan aşağı hissəsindən güllələyən Davut onun "Nə olar, məni öldürməyin, qıymayın canıma. Məni Halise aldatdı" kimi yalvarışlarına məhəl qoymayıb.
Polis Davutu ona kömək edən daha 3 nəfər ilə birlikdə həbs edib.
big.az


