dunya
20.02.2018, 10:05
İndoneziyada vulkan püskürüb - VİDEO

İndoneziyanın Sumatra adasında Sinabunq vulkanı püskürüb. Bu barədə Sinxua Milli Vulkanologiya Agentliyinə istinadla bildirib.
Vulkanın püskürdüyü kül 5 km hündürlüyə qalxıb. Bundan yaranan bulud isə 4,9 km məsafədə yayılıb.
Kül Medan şəhərinə və aeroport ərazisinə qədər uzanıb.
Qeyd edək ki, Sinabunq vulkanı dəniz səviyyəsindən 2460 metr hündürlükdə yerləşir./faktxəbər


