Polislərimiz öz qanı ilə yaralının həyatını xilas etdilər















Fevralın 14-də axşam saatlarında Ağdaş Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə bir nəfərin güllə yarası ilə rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olub.

DİN-dən verilən məlumata görə, bu barədə dərhal RPŞ-nin rəisi, polis polkovniki Rasim Mustafayevə məruzə olunub. Rəisin göstərişi ilə əməliyyat qrupu iki istiqamətdə yollanaraq araşdırmalara başlayıb. Hadisə baş verdiyi ünvana gedən əməkdaşlar zərərçəkmiş Sadiq Şaxmuradovun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəş nəticəsində ağır yaralanmasını müəyyən ediblər.

Xəstəxanaya yollanan RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru Azad Məmmədov yaralının çoxlu qan itirməsi səbəbindən vəziyyətinin kritik olduğunu öyrənib. Həkimlərin dediyinə görə, onun həyatını xilas etmək üçün təcili qan lazım idi. Amma lazım olan miqdarda qanı gecədən xeyli keçmiş Mingəçevirdəki regional Qan Bankından gətirilənə qədər çox vaxt aparacaqdı. Polis mayoru Azad Məmmədov, polis serjantı Elvin Eminovla birlikdə qan qruplarının yaralının qanı ilə uyğunluğunu öyrənib, onun həyatını xilas etmək üçün özləri qan vermək qərarlarını həkimlərə bildirirlər.

Artıq əməliyyat olunan S.Şaxmuradovun vəziyyəti yaxşılaşıb.

Doğmaları, qohumları yaralının həyatını təhlükədən xilas edən polislərə minnətdarlığını bildirir. Elə eşidib-bilənlər də hər zaman çətinə düşəndə polisə güvəndiklərini deyirlər.

Oxunub: 982

Son xəbərlər

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Bütün xəbərlər