hadise
21.02.2018
Homoseksual günahsız yerə müsəlman kişini öldürdü - FOTO

Amerikada homoseksual kişi (həmcinsləri ilə cinsi əlaqədə olan) müsəlman qonşusunu günahsız yerə qətlə yetirib.
Müsəlman olduğuna görə, qonşusunu öldürən 63 yaşlı Stanley Majors ömürlük həbs cəzası alıb.
O, qonşusunu müsəlman olduğuna görə öldürdüyünü etiraf edib. Stanli ifadəsində bildirib ki, qonşusu Xalid Cabbarın müsəlman olduğuna görə onu cəzalandıracağını düşünüb və "qabaqdangəlmişlik edib". O, müsəlmanlara nifrət etdiyini ifadəsində söyləyib.
"Onların ailəsi müsəlmandır. Düşündüm ki, homoseksual olduğuma görə məni öldürəcəklər".
Stanlinin psixoloji problemləri olduğu təsdiq edilib.



