İki uşağını böyüdə bilmək üçün 9 kvadratlıq ev tikdi, AMMA QAZ, İŞIQ VƏ SU VERİLMİR





Şamaxının Göylər kəndində qeydiyyatda olan, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 8-ci keçid, ev 55-də yaşayan Qasımova Aynur Fətulla qızı tərəfinden redaksiyasına şikayət məktubu daxil olub. Azərbaycanın Birinci vitse prezidenti Mehriban Əliyevaya və energetika naziri Pərviz Şahbazova müraciət edərək, “Azəriqaz” ASC, “Azərişıq” ASC və “Azərsu” ASC-nin Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində tikdiyi evə kommunal sayğacların quraşdırmasından imtina etmələrinı etirazını bildirir:
“Mən 2008-ci ildə Şamaxı rayonun Göylər kənd sakini olmuş Mövliyev Elnar Mirzəxan oğlu ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşam. Birgə nikahdan 15.10.2009-cu ildə Mövliyeva Nuray Elnar qızı və 03 fevral 2011-ci il tarixində isə Mövliyeva Günay Elnar qızı anadan olmuşlar. Mən ailə qurduqdan sonra əvvəlcə həyat yoldaşımın ata yurdu olan Şamaxının Göylər kəndindəki evinə bir müddət gəlin köçüb yaşamışam. Sonra isə 2012-ci ildən 26 fevral 2014-ci il tarixindək ərim və ailəmlə Bakı şəhərində kirayədə yaşamışam. 26.02.2014-cü ildə həyat yoldaşım vəfat etmişdir.
Başsız qalmış ailəmə dövlət tərəfindən indiyədək 180 manat təqaüd verilir. Hazırda ailəmlə - xırda uşaqlarla birlikdə Suraxanı rayonunda kirayə evdə yaşayıram(150 manat kirayə haqqı ödəyirəm). Uşaqlara görə işləyə bilmirəm. Və yalnız kirayə haqqı ödənildikdən sonra təqaüddən qalan 30 manat və anamın (qabyuyan işləyir) bizə verə bildiyi 50 manatla güclə dölanırıq. Anamı Qasımova Mərziyyə bizim ailənin birdəfəlik kirayədən çıxıb öz mənzilimizdə yaşamağımız üçün Abşeron rayonu, Ramana Südçülük sovxozu ərazisində 0,012 ha ( 120 kv.m) 2016-cı ildə torpaq sahəsi alıb, cəmi 9 kv.m sahəsi olan birotaqlı ev tikib bizə verdi. Amma evdə yaşamaq üçün kommunal xidmətlərldən istifadə edə bilmirik. Doğrudur, qonşularımız qaz işıq və su ilə öz hesablarına şərait yaradıblar. Yəni evimizin çıxarışı olmamasını bəhanə edərək, bizdən bu məslənin həlli üçün külli-miqdar rüsum-pul tələb edirlər. Axı bizim imkanımız yoxdur. Ailə başçısı olmayan bir ailədən bəhanə ilə bu qədər pul tələb etmək, məncə, nə müsəlmançılığa, nə kişiliyə, nə də türkçülüyə xas olan bir adət deyil. Uşaqlar evdə ac-susuz yaşayırlar. Kirayədə qaldığıma görə dövlətin verdiyi pulun da 85 faizini kirayəhaqqı verirəm. Düzdür, qonşularımın mənə yazığı gəlir. Amma qaz, işıq limitlə olduğuna görə, onlardan da “öz evimdə yaşamaq üçün köməkli edin” deyə bilmirəm. Hamı özünü güclə dolandırır. Olmazmı ki, mənim də evimə bir insan, vətəndaş kimi sayğaclar qoyulsun ki, ağır vəziyyətdə 2 yetimlə həyatda fiziki mövcud olmağımı davam edim.
Odur ki, hörmətli Mehriban xanımdan acizanə xahiş edirəm ki, bir ana, bir qadın olaraq mənim indiki düşdüyüm vəziyyəti, güzəranı nəzərə alaraq 9 kv.m sahəsi olan evimdə yaşamağım üçün qaz, işıq və su sayğacları qoyulmasına köməklik göstərəsiniz. Allah Sizdən razı olsun!”./Muxalifet.az

İki uşağını böyüdə bilmək üçün 9 kvadratlıq ev tikdi, AMMA QAZ, İŞIQ VƏ SU VERİLMİR

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər