Azərbaycanlı bacılar 63 il sonra qovuşdu - VİDEO













Güney Azərbaycanın Meşginşəhr məntəqəsində yaşayan iki bacı Şimali Azərbaycanda yaşayan bacılarına 63 il sonra qovuşublar.
Bu ayrılığa 1940-cı illərdə, Azərbaycan Milli Hökuməti süquta uğradıqdan sonra zəmin yaranıb. O zamankı meşginşəhrli Novruz Bərpuş vətəni tərk edərək, Şimali Azərbaycana sığınıb.

Məlumata görə, Bərpuş qaçqın düşdükdən sonra bir çoxları kimi Stalinin əmri ilə Sibirə sürgün edilib. Bundan sonra onunla Meşginşəhrin Təbnəq kəndində yaşayan ailəsi, o cümlədən 3 qızı arasında əlaqə təmami ilə kəsilib. Novruz Sibirdə məhkumluq müddəti bitdikdən sonra Şimali Azərbaycanın Gəncə şəhərində məskunlaşıb. O, yaşadığı yerdə ailə qurub, iki oğlan və bir qızı olub.

Novruz və iki oğlu SSRİ dağılmadan öncə vəfat edib, lakin onun Lyudmila adlı qızı ailənin tək uşağı kimi öz həyatını davam etdirib. Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Novruzun nəvələri onu və ailəsini axtarmaq üçün Şimali Azərbaycana gəliblər. Onlar nəhayət babalarının Gəncədəki qəbirini tapıb və sonralar bunun izi ilə Lyudmilanı tapmağa nail olublar.

Məlumata görə, coğrafiya üzrə Moskva Universitetinin məzunu olan Lyudmila fevralın 15-də Güney Azərbaycanın Meşginşəhr şəhərinə səfər edərək 63 illik həsrətə son qoyub. Yaşlı bacılar Təbnəq kəndində bir-birlərini qucaqlayıblar, duyğusal anlar yaşanıb. Lyudmila bildirib ki, o həyatı boyu bacılarını görməyi arzulayıb. Onun bacıları Zivər və Səfiyyə isə 63 ildir doğma ataları və onun ailəsini görmək həsrətində olduqlarını bildiriblər.

Mənbə: teleqraf.com


Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər