Türkiyə ABŞ-ın “atəşkəs” açıqlamasına QARŞI SƏRT ÇIXDI





ABŞ XİN sözçüsünün, “BMT TŞ-nın “Suriyada atəşkəs” qərarının Türkiyə tərəfindən yaxşı oxunması lazım olduğu” istiqamətindəki ifadələri, Türkiyə tərəfindən sərt qarşılıq görüb. Türkiyə XİN belə bir açıqlamanın heç bir təməl əsasının olmadığını vurğulayıb.

Türkiyə XİN-in sözçüsü Aksoy, ABŞ XİN sözçüsünün Suriyada humanitar vəziyyətə dair 2401 saylı BMT Təhlükəsizlik Şurasının qətnaməsi kontekstində Türkiyəyə etdiyi eyhamla bağlı bir suala, "2401 saylı BMT Təhlükəsizlik Şurası qərarının mərkəz nöqtəsi, rejimin bir həftə ərzində yüzlərlə mülki vətəndaşın qətlə yetirilməsinə və xəstəxana, məktəb kimi mülki obyektlərin məhv edilməsinə yol açan hücumlarının dayandırılması, həmçinin rejimin tətbiq etdiyi blokada siyasətinin aclığa məhkum etdiyi insanlara humanitar yardım dəhlizinin yaradılması və insani yardımların daxilolmasının təmin edilməsidir. Qərar, Şərq Quta başda olmaqla, Suriyada pisləşən insanı vəziyyət qarşısında, təcili humanitar yardım daxilolma və tibbi məqsədli təxliyələrə imkan təmin edilməsi məqsədi ilə münaqişələrin gecikmədən dayandırılması və ən az 30 gün müddətinə insanı atəşkəs elan edilməsini tələb edir" deyə, cavab verib.
Qətnamədə istinad edilən, insanı vəziyyətin narahatlıq yaratdığı yerlər arasında Afrinin adının çəkilmədiyinə diqqət çəkən Aksoy, belə davam edib:
"Çünki Afrində cərəyan edən, qərarda nəzərdə tutulan şəkildə mülki-terrorçu ayrı-seçkiliyi güdməyən bir münaqişə deyil, Suriyanın bütövlüyünü və Türkiyənin milli təhlükəsizliyini hədəf alan terrorçu təşkilatlara qarşı aparılan mübarizədir. Türkiyə, Suriyadakı qarşıdurmaların tərəflərindən biri deyil. Türkiyə, Afrində yeritdiyi “Zeytun Budağı” hərəkatında BMT Nizamnaməsinin 51-ci maddəsi əsasında özünümüdafiə hüququndan istifadə edir. Belə bir halda, ABŞ Xarici İşlər Nazirliyi sözçüsünün sözügedən BMT Təhlükəsizlik Şurası qətnaməsinin Türkiyə tərəfindən yaxşı oxunması lazım olduğu istiqamətindəki ifadələri, hər cür əsasdan məhrumdur və qərarın mərkəz nöqtəsini başa düşmədiyini, ya da bilərəkdən təhrif etmək istədiyini göstərir"/Müxalifət.az


@dogruxeber.tv

Son xəbərlər

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bütün xəbərlər