dunya
1.03.2018, 19:20
Morqda cəsəd dirildi

Çində bir qadın xəstə olan həyat yoldaşının öldüyünü zənn edərək onu morqa göndərib.
Hadisə Xubey əyalətinin Şiyan şəhərində baş verib. Xuan soyadlı kişi mədə xərçəngi xəstəliyindən əziyyət çəkir. Səhər qadın həyat yoldaşını yuxudan oyatmaq istəsə də, bunu bacarmayıb. O, həyat yoldaşının öldüyünü zənn edərək cəsədi morqa aparmaları üçün dəfn xidmətləri göstərən şirkətə zəng edib.
Bir neçə saatdan sonra morq işçiləri cəsədin tərpəndiyini görüb və onun ölmədiyini anlayıblar. Morqun işçilərindən biri bildirib ki, bu onun iş həyatı boyunca qarşılaşdığı 3-cü belə hadisədir./olke.az
@dogruxeber.tv


