hadise
3.03.2018
Metroda növbəti insident — Masallı sakini relslərin üstünə yıxıldı

Bu gün 21:30 radələrində metronun "20 yanvar” stansiyasında 1987-ci il təvəllüdlü Masallı rayon sakini Əsədov Ramiz Əbülfəz oğlu qatar relslərinin üzərinə düşərək başından yüngül xəsarət alıb.
dogruxeber.tv ölkə.az-a istinadən məlumatına görə, hadisə baş verən vaxt stansiyada qatar olmayıb.
Dərhal xətdən gərginlik çıxarılıb və sərnişin xilas edilib.
Daha sonra Təcili Tibbi Yardım çağırılıb.
İlkin məlumata görə, sərnişin halı pisləşdiyi üçün qatar relsinin üzərinə yıxılıb. Faktla bağlı araşdırma aparılır.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xitməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev də faktı təsdiqləyib.
@dogruxeber.tv


