Yanacağın keyfiyyətsizliyi sürücüləri cana yığıb: “Hər 10 litrdən yarım litr “kəsirlər” – VİDEOSORĞU




Azərbaycanda yanacağın keyfiyyətsizliyi ilə bağlı çoxsaylı şikayətlər var. Sürücülər hesab edir ki, yanacağın keyfiyyətsiz olması avtomobilləri tez sıradan çıxarır. Sosial şəbəkələrdə də texniki təmir məntəqəsinə gətirilən avtomobilin yanacaq çənindəki filtri və süzgəcinin içindən zibilin, çöküntünün çıxdığını isbat edən çoxsaylı videolara rast gəlinir. Mütəxəssislər də bu problemin məhz yanacağın keyfiyyətinin bərbad olması, avtomobilin sıradan çıxaraq işləməməsinə səbəb olduğunu deyir.

Əksər sürücülər isə yanacağın keyfiyyətsizliyi ilə yanaşı yanacaqdoldurma məntəqələri ilə də problem yaşayırlar.

İddia edirlər ki, yanacaqdoldurma məntəqələri onları aldadır: “Düşünürük ki, benzinin hər 10 litrində 500 qram əksik vurulur. Bunu isbat etmək üçün 5 litrlik qabı yanacaqdoldurma məntəqəsinə aparıb, yoxlaya bilərsiniz. 5 litrlik qabın tam dolmadığını görəcəksiniz. Ən azı 250 qram yanacağın əskik olduğunun şahidi olacaqsınız. Ancaq bir şeyə də diqqət edin ki, şəffaf qabları hər aparatdan deyil, yalnız özlərinin təyin etdiyi “düzgün işlərən” aparatla doldururlar. Əgər məqsədiniz yoxlamaqdırsa, avtomobillərin yanacaq çətinə benzin vuran aparatlardan doldurulmasını tələb edin. Çünki özləri bir aparatı seçir və litrlə yanacaq alan sürücülər üçün nəzərdə tuturlar. Yanacaqdoldurma məntəqələrinin əksəriyyəti litrlə alan sürücülərə qapalı və üzəri bağlı dəmir qablarda yanacaq satmağa üstünlük verirlər. Belə olan halda yanacağın nə qədər az vurulması nəzərə çarpmır. Sürücüləri aldatmağın asan yoludur”.

Musavat.com-un müxbiri yanacağın keyfiyyətini öyrənmək üçün sürücülər arasında sorğu keçirib.

“Yanacağın keyfiyyətindən və yanacaqdoldurma məntəqələrinin göstərdiyi xidmətdən razısınızmı? sualı ilə sürücülərin fikirlərini öyrənməyə çalışıb.

Paytaxt sürücüləri arasında keçirdiyimiz sorğu zamanı, əksəriyyəti analoji hallara bütün yanacaqdoldurma məntəqələrində rast gəlindiyini bildirdilər. Həmçinin yanacağın keyfiyyətindən narazı olduğunu dilə gətirənlər də oldu.

Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.

@dogruxeber.tv

Son xəbərlər

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Neftimiz neçəyə satılır?

Kanada ilə ABŞ arasında 4,5 milyard dollarlıq körpü istifadəyə verildi

İşçinin pulu tutulur, haqqı isə qorunmur? – AHİK ətrafında cavabsız qalan suallar

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ!

Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir?

Abşeronda binada partlayış: sakinlər təxliyə edilir

İrana zərbə dünya müharibəsinə səbəb ola bilərmi?

Bütün xəbərlər