hadise
9.03.2018, 11:30
13 yaşlı qız intihar etdi - görün nəyin təsirinə düşüb /FOTO

Serialın təsirinə düşən 13 yaşlı qız intihar edib.
Netflixdə yayımlanan "13 Reasons Why" serialının təsirinə düşən 13 yaşlı Lily Mae Sharp ( Lili Mey Şarp ) özünü asıb.
İngiltərənin Çeşire qraflığında yaşayan Lili Mey Şarp intiharından 24 saat əvvəl intiharla bağlı prank da çəkib. O, çəkdiyi videoda özünü intihar edirmiş kimi göstərib.
Anasının dediyinə görə, o, evdə bütün günü "13 Reasons Why" serialından danışırdı.
Qeyd edək ki, Netflix-də yayımlanan "13 Reasons Why" serialı yeniyetmələrin intiharı ilə bağlıdır. Serial 2017-ci ilin mart ayından yayımlanır./milli.az
@dogruxeber.tv


