Azərbaycanın bu rayonlarında ölüyuma mərasimində nəğmə oxuyurlar









Şəki-Zaqatala bölgəsində mərasim folkloruna daxil olan yas mərasimlərində Allahın birliyinə inam ifadə edən belə bir ağı süjetinə rast gəlirik. Dəfn qabağı, vəfat edən şəxsin yuyulması mərasimində "Ölü yuyanda oxunan nəğmə" icra olunur. Bu mərasim aktında beş-altı nəfərdən biri oxuyur, hamı "Lailahəiləllah" deyir:

Lailahə edib düşdüm yola,Yolda halım necə ola?

İmanınla qəbrim dola,

Lailahəilləllah.

Lailahə diyər dağlar, daşlar,

İlləllah diyər qardaşlar.

Səcdəyə enər ağaclar,

Lailahəilləllah

(mənbə:Azərbaycan Folkloru Antologiyası. XIII kitab. Şəki-Zaqatala folkloru. Tərtibçilər: İ.Abbaslı, O.Əliyev, M.Abdullayeva. Bakı: Səda, 2005, 550 s).

Bu mətndə toplumun inanc və etiqadı, Allahu-Təlanın birliyinə inamı, dünyanı tərk edənə Uca Allahın mərhəmət etməsi diləyi ilə Ona dua-yalvarış öz əksini tapır.

Eyni zamanda bu mətndə "imanınla qəlbim dola" ifadəsi ilə qəbir əzabından imana yetməklə qurtuluş inancı işarələnir.

Mətndə mərasim faktorundan əlavə diqqət çəkən məqam odur ki, burada islami dünyagörüşü öz bütövlüyü və mahiyyətəuyğunluğu ilə seçilir. Burada bir çox mühəddislər ( hədisşünaslar), müfəssirlər ( təfsir edənlər) və kütləvi dindarlar tərəfindən geniş mübahisələrə səbəb olan təfriqəçilik aradan qaldırılır, əshabi-kiram (kərəmli peyğəmbər sahabəsi) və xülafeyi-ərraşidiyyun (dörd xəlifə) cəm olaraq qəbul olunur:

Dörd mənsəbdi, dörd məqam,

Hər məqamda bir imam...

Lailahəilləllah,

Lailahəilləllah.

Bu yas nəğməsi əslində ölü üçün oxunsa da, dirilər üçün daha ibrətamizdir. Mətn geniş olduğu üçün, eyni zamanda məzmun baxımından bütünlüklə burada təqdim etmirik. Ancaq onu qeyd etmək istəyirik ki, mətndə sonda nəqərat yerində yalnız "Lailahəilləllah" ( Allahdan başqa Allah yox) oxunmaqla və vahid inanclar sisteminin bədii-emosional inikası kimi sanki yas nəğməsindən daha çox inanc qaynağının monoton marşı olaraq nəzərə çarpır./modern.az

@dogruxeber.tv

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər