Azərbaycanın yeni oliqarxı və Bədəl Bədəlovun NafTALANı









Azərbaycanda bir qrup məmur var ki, onların adı mətbuat səhifələrindən əskik olmur. Bu adamlar birinci növbədə öz iqtisadi imkanları, övladlarının sürdüyü bahalı avtomobillər və yaşadıqları topdağıtmaz malikanələrilə diqqətə gəlirlər.

Bu sırada Azərbaycan Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə Vitse-prezidenti Bədəl Bədəlovun da öz yeri var. Onun da adı daha çox dəbdəbəli həyat tərzi ilə seçilənlər cərgəsində hallanır və bəzən bunu sübut edən fotolar da ictimai müzakirəyə çıxarılır. Bundan başqa, ayrı-ayrı vətəndaşlara məxsus evlərin müxtəlif bahənələrlə sökülməsi və yaxud söküntü işlərinin dayandırılması müqabilində kimlərdənsə “hörmət” umulması kimi məqamların yer aldığı materiallara da tez-tez rast gəlinir. Bu vaxta qədər mətbuatda B.Bədəlov barədə çoxsaylı şikayət məktubları yayılıb. Həmin məktublarda kifayət qədər ciddi məqamlara toxunulur, hətta bəzən ağır ittihamlar da gözə dəyir. Lakin maraqlıdır ki, bu vaxta qədər B.Bədəlov həmin şikayət məktublarında göstərilən faktlar barədə hər hansı təkzib açıqlamaları verməyib.

Məsələn, ayrı-ayrı şikayətçilər yazırlar ki, B.Bədəlov çoxsayda malikanələrə və iri biznes obyektlərinə sahiblik etdiyi halda, sıradan bir vətəndaşın min bir əziyyətlə tiktirdiyi balaca daxmaları belə uçurmaqdan çəkinmir. Hətta o, oğlu Elçin Bədəlovun ərköyünlüyü və yaşadığı bahalı həyatın ayrı-ayrı elementlərini nümayişə çıxarması barədə yazılanlara da hər hansı formada cavab verməyib. Oğul isə, qiyməti yüz minlərlə ölçülən avtomobillərdə gəzməkdə davam edir. Görünür B.Bədəlov övladına görə vəzifəsini itirən və bilavasitə Prezident İlham Əliyevin qəzəbinə tuş gələn məmurların taleyindən nəticə çıxarmağa tələsmir.

B.Bədəlovun bu qədər diqqət mərkəzinə gəlməsinin səbəblərini araşdırarkən xəbərlərin daha çox Naftalandan gəldiyinin şahidi olduq. Niyə məhz Naftalan? Sualın cavabı özünü çox gözlətmədi. Məsələ burasındadır ki, B.Bədəlov Goranboy rayonunda anadan olub və Goranboy-Naftalan ərazisi onun doğma el-obasıdır. İddia olunur ki, B.Bədəlovun biznes şəbəkəsi əsasən Naftalanda möhkəmlənib. Bu iddiaların nə qədər əsaslı olub-olmadığını deyə bilmərik. Lakin fakt odur ki, bu gün Goranboy və Naftalan camaatı ərazidə bərqərar olmuş istirahət və müalicə komplekslərinin əksəriyyətinin sahibi kimi məhz B.Bədəlovun adını çəkirlər. Belədə sual olunur: Doğrudanmı SOCAR-ın sosial məsələlər üzrə vitse-prezidentinin iqtisadi imkanları bu qədər genişdir ki, iri bines layihələri həyata keçirir? Əgər az qala barmaqla göstərilən istirahət və müalicə komplekslərinin B.Bədəlova aidiyyatı yoxdursa, nədən onda əhali başqa birinin deyil, məhz onun adını çəkir? Bəlkə camaatın B.Bədəlova qarşı qərəzi var? Bəlkə Goranboy və Naftalan sakinləri ona şər atırlar? Biz bu suallara birmənalı cavab verə bilmərik. Çünki təkzib etmək imkanı yalnız və yalnız B.Bədılovun özündədir. Hər halda bu gün Naftalandakı Qaşaltı Müalicə və İstirahət Mərkəzinin sahibi kimi başqa bir kimsənin deyil, B.Bədəlovun adını çəkirlərsə, deməli hörmətli virse-prezident bundan narahat olmalı, insanlar arasında bu kimi söhbətlərin yayılmasının qarşısını almalıdır.

Düşünürük ki, ölkənin gəlirlərinin azalması səbəbindən sosial-iqtisadi problemlərin yarandığı bir ərəfədə, SOCAR-ın vitse-prezidentinin gözoxşayan istirahət mərkəzlərinə sahiblik etməsi barədə söz-söhbətin dolaşması heç də yaxşı hal deyil və bu, Bədəl müəllimə yaxşı perspektiv vəd eləmir. Naftalan camaatı B.Bədəlovun adı ilə bağlı olan villların şəkillərini telefonlarında saxlayır və hər gələnə göstərib deyirlər ki, bizim gəlirlərimiz azaldığı halda, niyə Bədəl müəllimin dolanışığında hər hansı dəyişiklik müşahidə olunmur? Yaxud, sual verirlər ki, Safıkürd kəndinin yaxınlığındakı ucu-bucağı görünməyən nar sahəsi necə, hansı imkanlar hesabına salınıb?

Qısası, bu gün Nafatalan camaatı saysız-hesabsız obyektləri B.Bədəlovun adı ilə bağalayır. Biz həmin siyahını bu yazıda təqdim edib vaxtınızı çox da almaq istəmirik. Yeganə məqsədimiz ayrı-ayrı məmurların dəbdəbəli həyatdan imtina etmək həvəsində olmadığını göstərməkdir. Təsəvvür edin ki, SOCAR boyda şirkət yaranmış vəziyyətə görə özünün sosial layihələrindən imtina edir, amma bu qurumun sosial məsələlər üzrə məsul şəxslərinin həyat tərzində zərrə qədər də olsa dəyişiklik müşahidə olunmur. Söhbət, məsələn, Bədəl Bədəlovun oğluna aid instaqram sahifəsindəki fotoların silinməsindən və bunun ardınca da səhifənin fəaliyyətsiz hala gətirilməsindən getmir… Dəyişiklik işdə və həyat tərzində olmalıdır.

Bədəl Bədəlovun oğlu bahalı avtobilini nümayiş etdirir

Yeri gəlmişkən, Naftalan rayonu İcra Hakimiyyətinin başçısı Natiq Aslanov Bədəl Bədəlovun qaynıdır.legion.az


@dogruxeber.tv

Azərbaycanın yeni oliqarxı və Bədəl Bədəlovun NafTALANı

Son xəbərlər

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Bütün xəbərlər