Azərbaycanın hansı bölgələrində insanlar daha az yaşayır? - ALİM AÇIQLADI













Azərbaycanda ən yüksək uzunömürlülük indeksləri dağlıq və dağətəyi ərazilərdə müşahidə olunur.

XəzərXəbər xəbər verir ki, bu sözləri AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının "İnsan sağlamlığı Azərbaycan cəmiy­yə­tinin inkişa­fı­nın əsasıdır" mövzusu­nda birgə elmi sessiyasında çıxış edən AMEA-nın Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova bildirib.

Onun sözlərinə görə, statistik məlumatların təhlili ölkədə uzunömürlülüyün coğrafiyasını müəyyən etməyə və müvafiq xəritənin tərtibinə imkan verib.

Araşdırmanın nəticələrini diqqətə çatdıran alim Azərbaycanda uzunömürlülüyün demoqrafik aspektlərindən danışıb:

"Uzunömürlülük ayrı-ayrı rayonlarda müxtəlif səviyyədə müşahidə olunur. Rayonlararası fərqlər kifayət dərəcədə qabarıq olaraq ən aşağı 3,4 faizdən ən yuxarı 53,8 faizə qədər diapazonda dəyişir. Ölkə üzrə ən aşağı uzunömürlülük indeksləri Abşeron iqtisadi zonası, cənub-şərq və cənub-qərb bölgələrinin bəzi rayonlarında qeydə alınır. Ən yüksək göstərici əsasən ölkənin dağlıq və dağətəyi ərazilərində müşahidə olunur. Şəhərlərdə uzunömürlülük indeksi rayonlar ilə müqayisədə daha aşağıdır. Coğrafi cəhətdən yaxın rayonlarda isə bu göstəricilər oxşardır".

Alim bildirib ki, Azərbaycan dünyada uzunömürlülüyün populyasiya fenomeni kimi təmsil olunduğu nadir regionlarındandır:

"Uzunömürlü insanların ölkənin ayrı-ayrı ərazilərində kompakt şəkildə yaşaması müasir beynəlxalq təcrübəyə əsaslanan herontoloji tədqiqatların aparılmasına geniş imkanlar açır.Dünya əhalisinin getdikcə qocalması fenomeni, sağlam və ya "fizioloji qocalma" haqqında biliklərin genişləndirilməsinə və dərinləşdirilməsinə imkan yaradan kompleks tədqiqatların aktuallığını ön plana çəkir".

Uzunömürlülük fenomeninin kompleks tədqiqi üçün unikal imkanların olduğunu deyən institut direktoru bildirib ki, herontologiya 2015-ci ildə AMEA-nın rəhbərliyi tərəfindən respublika elminin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Tapşırığa əsasən, qocalmanın biologiyası ilə xüsusi tədqiqat proqramı hazırlanıb. U.Həşimova vurğulayıb ki, rəsmi demoqrafik məlumatların təhlili və yüksək uzunömürlülük indeksinə malik rayonlarda tibbi-bioloji tədqiqatların aparılması bu proqramın tərkib hissələridir./xezerxeber.az

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər