iqtisadiyyat
14.03.2018, 09:30
Neftin son qiymətləri

Martın 14-də dünya birjalarında neftin qiyməti fərqli ucuzlaşıb.
dogruxeber.tv xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,04 dollar və ya 0,07% bahalaşaraq 60,75 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,07 dollar və ya 0,11% azalaraq 64,57 dollar olub.
dogruxeber.tv


