Rayon sakinindən Səhiyyə Naziri Oktay Şirəliyevə sərt ismarıc !!! VİDEO

Ağsu rayon sakinindən Səhiyyə Naziri Oktay Şirəliyevə ismarıc !!
Bu gün Ağsu rayon sakini Qarayev Cəsarət Ədalət oğlu dogruxeber.tv infarmasiya agentliyinin əməkdaşına müsahibə verib. Rayon sakini Qarayev Cəsarət Ədalət oğlu çarəsiz olduğunu və Ağsu rayon dövlət qurum rəhbərləri "ailə durumumun dözülməz vəziyyəti ilə bağlı mənə heç bir köməklik göstərmirlər"deye bizə bildirdi.Şikayətçi deyir ki, "6 azyaşlı uşaqlarım var, onları tibbi müainə etmək üçün rayon xəstəxanaların hansı birinə aparıram, məndən pul tələb edirlər ki, pul ver müainə edək".Dərdimizi kimə deyək bilmirik deyə sikayətçi Səhiyyə Naziri Oktay Şirəliyevə səsləndi.Əməkdaşlarımız şikayətçinin evində çəkliş etdiyi vaxt 6 azyaşlı körpə uşaqların acınacaqlı bir vəziyyətdə olduğunun canlı şahidi olduq. Şikayətçi Qarayev Cəsarət Ədalət oğlunun ailə durumunun dözülməz həddə olduğunu bilsəkdə, bayram günləri olduğu üçün heç bir dövlət qurumu ilə əlaqə saxlaya bilməyən əməkdaşımız məsələni diqqət mərkəzində saxlayacağını sikayətçiyə bildirdi.
Mövzuya qayıdacağıq.
dogruxeber.tv


