Ağsu rayon sakininin qəzəbli müraciəti " prezident belə baxir uşaqlara " !!!

Ağsu rayon sakinlərindən redaksiyamıza coxsaylı məktublar daxil olduğu üçün rayonda çəkiliş apardıq.
dogruxeber.tv-ın xəbərinə görə Ağsu rayon Ağabəyli kənd sakini Qarayeva Rəhilə Ağadadaş qızı bildirir ki, biz dövlət qurumlarından heç bir kömək görmürük. Sikayətçi bildirir ki, 6 azyaşlı körpə nəvələrimə sosial yardım ala bilmirəm. Körpələr acından ölürlər, yaşayış durumumuz acınacaqlı vəziyyətdədir.Kənd sakini deyir ki, evimizin yanindan keçən su kanalı daşıb evi tamami ilə bərbat vəziyyətə saldı. Bu barədə bütün orqanlara müraciət etsək də, hec bir köməklik göstərən olmadı. Kənd sakini deyir ki, dərdimizi kimə deyək bilmirik. Ölkədən baş götürüb getmək istəyirsən ,amma maddi durumumuz da buna imkan vermir. Şikayətçi qeyd edir ki, dövlət məmurları bizi insan yerinə qoymurlar, gedib otaqlarında bir söz deyədə də bizi otaqdan belə qovub cıxardırlar.
dogruxeber.tv


