İşiqforların yeri dəyişdirilir - SƏBƏB













Formula 1-də trasda işıqforların yeri dəyişdirilməli olub.
dogruxeber.tv F1.az-a istinadən xəbər verir ki, sürücünün başının müdafiəsi sisteminin tətbiqi son bir il ərzində kəskin tənqid atəşinə tutulub – Halo quraşdırılmış yeni maşınların xarici görünüşü heç kimin xoşuna gəlməyib. Bu gün isə məlum olub ki, sistemin tətbiqi daha ciddi çətinliklərlə bağlıdır – Halo sürücülərə yarışın startında işıqforu görməyə mane olacaq.
Bu gün FİA təcili tədbirlərə əl atmalı olub. Bundan başqa, sərbəst yürüşlərin gedişi zamanı sürücülərə start prosedurunu məşq etməyə də icazə veriləcək.
Çarli Uaytinq: "Adətən, biz sərbəst yürüşlərdə startı məşq etməyə icazə vermirik, çünki həftəsonunun qrafiki çox sıxdır. Amma bu il maşınlara Halo quraşdırılıb – start işıqlarının görüntüsü məhdudlaşıb. Buna görə də biz bütün tras rəhbərlərindən xahiş etmişik ki, işıqforu tras üzərindən standart hündürlükdə quraşdırsınlar.
Bundan başqa biz mərkəzi start işıqlarını təkrarlayan yan tərəfdə quraşdırılmış işıqforlardan da istifadə edəcəyik, Albert Parkda start düzlüyünün sol tərəfində olacaq bu işıqlar. 2009-cu ildən belə işıqforlar start düzlüyünün ortasında quraşdırılırdı ki, аrxa qanadların hündürlüyü artdığı üçün arxadakı sürücülər işıqforu görmürdülər. İndi qanadlar aşağı salınıb, start düzlüyünün ortasında işıqfora ehtiyac qalmayıb, ona görə də işıqforu kənara çəkmişik.
Mənə elə gəlir ki, Halo quraşdırılmış maşında işıqforun ən pis göründüyü yer pouldur. Çox güman ki, sürücü işıqforu görməyəcək, bəlkə də bir hissəsini görəcək. Bəlkə də başını sağa və ya sola döndərməklə onu görəcək. Ona görə də ondan beş metr uzaqlıqda aşağıda başqa işıqfor olacaq. Mən düşündüm ki, sürücülər məşqlərdə bu işıqforu görməlidirlər, start prosedurunda onun işləməsi ilə tanış olmalıdırlar. Hər halda bazar günü ilk dəfə görməsinlər deyə, məşqlərdə sistemin işləməsini yoxlamalıyıq”.


@dogruxeber.tv

Son xəbərlər

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Bütün xəbərlər