Əsl qiyamət orada QOPACAQ – Türkiyə ilə bağlı yarımçıq qalan planın ŞOK DETALLARI










"Afrin əməliyyatı bir başlanğıcdır. Türkiyə bu əməliyyatla Aralıq dənizi dəhlizini bağlamış oldu, amma dəhlizin digər hissəsi qalır".

Bunu Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun budağı" hərəkatını şərh edən Türkiyənin "Yeni Şəfəq" nəşrinin yazarı, siyasi şərhçi İbrahim Karagül nəşrin internet saytında yayımlanan "Sosial şərh" proqramında bildirib.

"Qorxumuz bu idi ki, Aralıq dənizindən Türkiyənin İran sərhədinə qədər cənub sərhədlərimiz bağlanırdı. Bu, xarici dövlətlərin nəzarətindəki İŞİD və PKK terror təşkilatları tərəfindən edilirdi. Bu, bir coğrafi dizayn idi. Türkiyə ilə ərəb-islam dünyası arasında bir tampon bölgəni qururdular. Coğrafiya ilə təmasımızı bağlamağa çalışdılar. Bu bölgənin parçalanması üçün edilən təşəbbüslər regional həmrəyliklə sabotaj edilə bilər. Bu həmrəyliyin qarşısını almaq üçün Türkiyənin bölgə ilə əlaqəsini kəsmək istədilər. Aralıq dənizindən başladılar və İrana qədər bir tampon bölgə qurdular. Biz 5 min TIR silahdan danışırıq, amma məlum olmayan silahlar da var", - o deyib.

Siyasi şərhçi 2003-cü ildə İraqın işğalı zamanı Türkiyə ilə ABŞ arasında ciddi danışıqların olduğunu xatırladıb:

"ABŞ Türkiyə üzərindən İraqa girə bilmədi. Qətər və cənubdan girdilər. Orada bizdən nə istədilər? İraq sərhədindən Aralıq dənizinə qədər Türkiyənin torpaqlarından dəhliz istəmişdilər. Bu əsgərlər yalnız İraqın deyil, eyni zamanda Türkiyənin torpaqlarında yerləşəcək və bir daha çıxmayacaqdı. İndiki dəhliz əslində bu layihənin davamıdır".

Afrindəki "Zeytun budağı" hərəkatını bir başlanğıc adlandıran İbrahim Karagül Türkiyənin Qəndilə qədər getmək məcburiyyətində olduğunu bildirib.

"Biz bu qurşağı aradan qaldırmaq məcburiyyətindəyik. Coğrafiyada tək qaldığımız zaman zəifləyərik və bizi məhv edərlər. Türkiyə min ildir bu coğrafiyanın gücündən istifadə edir".

Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının PKK-ya dəstək verdiyini deyən şərhçi hesab edir ki, Afrinin azad edilməsi əslində bu iki dövlətin rəhbərliyinə verilmiş bir mesajdır.

"Münbiçin bir problem olduğunu düşünmürəm, lakin Fəratın şərqində qiyamət qopacaq. Amma Türkiyə əsla tərəddüd etməyəcək", - o vurğulayıb.

Mənbə: publika.az

Oxunub: 806

Son xəbərlər

"Abşeron Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Ermənistana uçuşlar başlaya BİLƏR

İran Hörmüz boğazını yenidən BAĞLADI

FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib

Rusiyada ittiham edilən azərbaycanlı sabiq nazir müavini kimdir?

Hikmət Hacıyev Venesuelanın XİN rəhbərinin müavini müzakirələr apardı

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

Azərbaycan və Yəmən arasında əməkdaşlıq müzakirə olunub

Dağıstanda 117 yaşayış evi hələ də su altındadır

"Ege Hospital"da yeni doğulan körpə öldü

Sabah Bakıda 24 dərəcə isti olacaq

Azərbaycanın generalı VƏZİFƏDƏN AZAD EDİLDİ

Azərbaycanda güclü təbii FƏLAKƏT

Banka borcunu ödəməyənləri BU CƏZA GÖZLƏYİR

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq

“Atam 8 dəfə öz musiqiləri altında əməliyyat olunub"

Hacıqabulda keçmiş məhkumda 4 kq narkotik vasitə aşkarlanıb

Abşeronda yağışın fəsadları aradan qaldırılır

Hava ilə bağlı yol polisindən sürücülərə müraciət

Nyu-York birjasında təbii qazın qiyməti artıb

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Xalq artisti Dağıstan üçün 5 milyon ianə etdi

Azərbaycan nefti ucuzlaşıb

"Turan Tovuz" Sumqayıtda qalib gəldi

Trampı Dəccala bənzətdi

Antalyada İlham Əliyevlə Ərdoğanın görüşü keçirilir – Fotolar

EAPCA-nın Pərdəarxası: Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası

Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib

Bütün xəbərlər