Xətai rayonunda özbaşınalıq: mülkiyyətçi küçəyə atıldı, evi söküldü














Bakı şəhəri Xətai rayonu sakinlərinin redaksiyamza ünvanladığı şikayət məktublarının ardı-arası kəsilmir. Bunların böyük əksəriyyətində bakılılar Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun törətdiyi qanunsuz əməllərdən və özbaşınalıqdan şikayətlənirlər. Bildirilir ki, icra başçısı insanları zorla öz evindən çıxarır və küçəyə atır. Halbuki, dövlət sökülən binalarda yaşayanlara kompensasiya ödənilməsi üçün külli miqdarda vəsait ayırır.

dogruxeber.tv bildirir ki, virtualaz.org-a növbəti belə şikayət Babək prospektindəki evlərdən birində yaşayan Svetlana Əhmədovadan gəlib. Qadının sözlərinə görə, Hərbi Akademiyada riyaziyyat müəlliməsidir. Günlərin birində Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri onların yaşadığı evə gələrək, hansısa hökumət layihəsi çərçivəsində evlərinin söküləcəyini bildiriblər. "Kompensasiya kimi mənə 74 min manat təklif olundu, halbuki ev 154 kvadrat metrdir və bizim rayonda bir kvadrat metrin qiyməti 1000 manatdır", - şikayətçi deyir.



Ötən ilin payızında qadını uşaqları ilə birlikdə küçəyə atıblar. Onun icra başçısı Razim Məmmədovla görüşmək cəhdi baş tutmayıb. Sonradan isə polisdə S.Əhmədovaya xəbərdarlıq olunub ki, İcra Hakimiyyətinin iş rejimini pozarsa, həbs ediləcək.

"İcra hakimiyyəti məhkəmə qərarı olmadan heç bir halda özgə mülkiyyətini əlindən ala, yaxud sökə bilməz. Mülkiyyət yalnız dövlət ehtiyacları üçün və mütləq müvafiq məhkəmə qərarından sonra alına bilər", - bunu virtualaz.org-a vəkil Fuad Ağayev deyib.

Xətai rayonunun baş memarı Əhməd Məmmədov öz rəhbərliyinin törətdiyi qanunsuzluğu izah etməyə çalışıb: "Bizə sökülməli binaların siyahısı verilib. Biz də mülkiyyətçilərlə müqavilələr bağlamışıq, müvafiq kompensasiyanı ödəmişik və bundan sonra onların evlərini sökmüşük".

"Bəs əgər mülkiyyətçi ona təklif edilən kompensasiya məbləği ilə razılaşmırsa?" sualına memar belə cavab verib: "Bu sualla icra başçısının müavini Etibar Əhmədova müraciət edin. Həmin məsələlər onun kurasiyasındadır". Bundan sonra, görünür, xəbərdar olunmuş müavin telefon zənglərinə cavab vermədi.

"Hesab edirəm ki, Svetlana Əhmədovanın evini sökmüş məmurlar məsuliyyətə cəlb olunmalıdır", - vəziyyəti şərh edən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər