Yük maşınının sürücüsü Bakıda "avtoşluq" etdi - Sürücü cəzalanacaq - VİDEO













Yük avtomobilini minik maşını kimi idarə edir...


Xezerxeber.az-ın məlumatına görə, şəhərdaxili yolda ağırtonlajlı avtomobil saatda 80-90 kilometr sürətlə hərəkət edir. Görüntülər paytaxtın Nizami rayonunda lentə alınıb.


Eyni istiqamətdə hərəkətdə olan sürücülərdən biri yük avtomobilinin şəhərdə sürətlə hərəkət etdiyini görüb, dərhal onu çəkərək ''Xəzər Xəbər''in votsap nömrəsinə göndərib. Kadrlara baxdıqda da aydın görünür ki, 10 ZH 674 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü təhlükəli vəziyyət yaradaraq, avtomobili minik maşını kimi idarə edir.


O, hətta ''Koroğlu'' metrostansiyası yaxınlığındakı körpünün üzərindən də eyni sürətlə keçərək üzü Dərnəgül şossesinə doğru hərəkətinə davam edir.


Görüntüləri izləyən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov da sürücünün kobud qayda pozduğunu deyir.


Vaqif Əsədov bildirir ki, sosial şəbəkələrdə və internet portallarında yayılan bu cür görüntülər Bakı Şəhər Dövlət Yol Polisi tərəfindən araşdırılır. Qaydaları kobud pozaraq digər hərəkət iştrakçıları üçün təhlükə yaradan bu sürücü aşkar edilərək cərimə olunacaq.


Qeyd edək ki, yük avtomobilləri üçün şəhərdaxili yolda maksimum sürət saatda 60 kilometrdir. Həmin sürücü bu qaydaları pozduğu üçün o, İnzaibati Xətalar Məcəlləsinin 328, yəni ''yolda müəyyən edilmiş sürət həddini aşdığına'' görə 50 manat və 2 bal ilə cərimələnəcək


Oxunub: 947

Son xəbərlər

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Bütün xəbərlər