bolge
27.03.2018, 08:57
Cəlilabadda minik avtomobili traktorla toqquşub, xəsarət alan var

Cəlilabadda ağır yol qəzası baş verib.
"VAZ" markalı avtomobilin traktorla toqquşması nəticəsində rayonun Ləkin kənd sakini, 1943-cü il təvəllüdlü, Tağı Bağış oğlu Niftəliyev ağır xəsarət alıb.
Dövlətəlibəyli kəndində baş verən qəza zamanı yaralanan T. Niftəliyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq , cərrahiyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./apa


