dunya
27.03.2018, 09:18
Rusiyada meşə yanğınlarının sahəsi 600 hektara çatıb

Rusiyanın Zabaykalye diyarında meşə yanğınlarının sahəsi sutka ərzində 42 hektar artaraq 600 hektara çatıb.
dogruxeber.tv ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hazırda yanğınlar Akşinsk, Aleksandrovo-Zavodskoy, Nerçinsko-Zavodskoy və Çita bölgələrində tüğyan edir.
Yaşayış məntəqələrinə təhlükə olmadığı bildirilir. Hazırda yanğının söndürülməsinə 138 yanğınsöndürən və 31 ədəd texnika cəlb edilib.


