gundem
21.02.2018, 20:21
Afrində meşə döyüşləri başladı - VİDEO
![]()
Afrinin şimalında Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) döyüşçüləri ilə PYD/YPG terrorçuları arasında şiddətli döyüş baş verib.
Türkiyə mətbuatına istinadən məlumatına görə, meşəlik ərazidə gizlənən terrorçular pusqudan çıxıb hücum etməyə cəhd göstərib.
Terrorçular ağır itki verərək geri çəkilməyə məcbur olub.
Bu arada "Zeytun budağı" əməliyyatının 33-cü günündə Suriyanın şimalında məhv edilən PYD/YPG terrorçularının sayı 1780-ə çatıb. Açıqlamanı TSQ yayıb.
Son əməliyyat günündə daha 65 terrorçu zərərsizləşdirilib./Apa


