Xanımların diqqətinə! – Bakıda manyak “ginekoloq”lar peyda olub – FOTO













Son zamanlar internetin verdiyi imkanlardan müxtəlif fırıldaqçılıq əməlləri üçün istifadə edənlərin sayı artmaqda davam edir

İndi də bəzi şəxslər xanımlara ginekoloji məsləhət verdiklərini və ya masaj xidməti təklif etdiklərini iddia edərək xanımları aldatmağa başlayıblar. Belə ki, “İnstagram” sosial şəbəkəsində ginekoloq adı ilə qeydiyyatdan keçən bəzi şəxslər istənilən məsləhət üçün onlarla əlaqə saxlamağın mümkün olduğunu yazırlar.

Minval.İnfo xəbər verir ki, belə şəxslər hətta məxfiliyin qorunacağına da söz verirlər. Bu profillərdə əsasən, internetdən götürülmüş bir neçə şəkil paylaşılır, həkimin kimliyi, çalışdığı tibb müəssisəsinin adı qeyd edilmir, hətta bir profildə “həkim” özünün yaşını, subay olduğunu da qeyd edib.

İlk başda müayinənin artıq sosial şəbəkədən istifadə edilməklə həyata keçirilməsinin mümkünlüyü insanda şübhə doğurur. Ancaq bir az araşdıranda bu cür profillərin saxta olduğunu və qadınları müayinə adı ilə aldadaraq şəkillər istədikləri bəlli olur.

Xanımlar məsləhət istədikləri bu saxta ginekoloqlara genital bölgələrinin şəklini göndərirlər. Beləliklə bəzi xanımların sadəlövlüyü və ya az savadlı olması onları bu cür manyak insanların qurbanına çevirir. Cinsi aclığını bu cür doydurmaq məqsədi güdənlər daha dəqiq “müayinə” üçün qadınlardan aldıqları şəkilləri öz məqsədləri üçün istifadə edirlər. Heç kəsin şübhəsi yoxdur ki, bəlkə bir azdan həmin qadınları bu şəkil vasitəsilə şantaj da edəcəklər.

Qadınları aldadaraq onları öz iyrənc əməllərinə alət etmək istəyən manyakların digər əl atdığı üsul isə masaj xidmətidir. Müxtəlif elan saytlarına “yalnız xanımlara öz evlərində, rahatladıcı masaj xidməti” məzmunlu elanlar dərc edirlər. Xanımlar masaj üçün əlaqə saxladıqda isə onun evli olub-olmadığı, masaj vaxtı evdə başqalarının olub-olmayacağı soruşulur. Elə bu yaxınlarda “Space” telekanalında bir aktrisa köməkliyi ilə bu cür fırıldaqçılardan biri ifşa olunmuşdu. Əvvəlcə qanına qeyri-peşəkar masaj etdikdən sonra, dayanmadan onla əlaqə saxlayan şəxs ona intim təkliflər edirdi.

Əlaqə saxladığımız digər bir masaj xidməti təklif edən fırıldaqçı isə sonda ifşa edildiyini anladıqdan sonra ünvanımıza təhqirlər yağdırmağa və “evli qadın masaj elətdirmək istəyirsə, deməli pozğundur” kimi fikirlər səsləndirməyə başladı. Öz pasiyentlərinə pozğun kimi yanaşan şəxslər də manyakdan başqa bir şey deyillər.

Görünür cinsi aclıq çəkənlər internetdən tam “səmərəli” istifadə etməyi bacarırlar. Bu cür şəxslərin əməllərinə alət olmamaq, onların qurbanına çevrilməmək üçün hər kəs gördüyü elanı daha diqqətli nəzərdən keçirməlidir. Ginekoloq müayinəsi üçün isə, xəstəxanalarda çalışan ixtisaslı həkimlərə müraciət etmək məsləhət edilir.



Xanımların diqqətinə! – Bakıda manyak “ginekoloq”lar peyda olub – FOTO




Xanımların diqqətinə! – Bakıda manyak “ginekoloq”lar peyda olub – FOTO





Xanımların diqqətinə! – Bakıda manyak “ginekoloq”lar peyda olub – FOTO



Son xəbərlər

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...

Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI

Zakir Həsənov Pakistana başsağlığı verdi

Qızıl və gümüş ucuzlaşdı

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Bütün xəbərlər