dunya
13.04.2018, 08:08
Barselonada yük maşını 7 nəfəri vurub

Barselonada yük maşını piyadaları vurub, nəticədə ikisi uşaq olmaqla 7 nəfər xəsarət alıb.
dogruxeber.tv-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, ilkin versiyaya əsasən, qəzaya səbəb avtomobilin əyləc sistemində yaranmış nasazlıq olub.
Şahidlərin məlumatına görə, hərəkətdə olan avtomobil piyada keçidinin qarşısında dayanmayaraq, motosikletçini və bir neçə piyadanı vurub. Avtomobil daha sonra yoldan kənara çıxaraq ağaca çırpılıb.
Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Onların arasında 11 və 13 yaşlı uşaqlar var.
dogruxeber.tv


