hadise
19.04.2018, 16:09
FHN Bakıda baş verən yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Yasamal rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.
dogruxeber.tv FHN-in saytina isdinaden xeber verir ki, hadisə Yasamal rayonunda ümumi sahəsi 60 kvadratmetr olan üçotaqlı mənzildə qeydə alınıb. Nəticədə mənzilin 1 otağı yararsız vəziyyətə düşüb. Yanğınsöndürənlər 3 azyaşlını mənzildən xilas edilərək aidiyyəti üzrə təhvil veriblər. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


