Bakı Şəhər İcra Hakimiyyəti başçısı postuna ən şanslı namizədlər – ADLAR














Nazirlər Kabinetinin yeni tərkibində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun adının baş nazirin müavinləri siyahısında açıqlanmasından sonra onun boş qalan postuna kimin təyin olunacağı ciddi müzakirə mövzusuna çevrilib.

Bakıya rəhbərlik edəcək şəxsin kim olacağına dair müxtəlif versiyalar irəli sürülməkdədir. Belə namizədlər arasında adı hallananlardan biri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, millət vəkili Cavid Qurbanovdur. Qeyd edək ki,C.Qurbanov hazırda ölkə rəhbərliyinin tam etimadına malik olan azsaylı kadrlardan biridir. Dəmir yolundan əvvəl ölkənin avtonəqliyyat sisteminə rəhbərlik edib. Ölkədə həyata keçirilən ən böyük nəqliyyat layihələrində bilavasitə iştirakçı olub.

Hazırda Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin aparıcı ölkəsinə çevrilməsi istiqamətində reallaşdırılan ən məsuliyyətli layihələrə rəhbərlik edir. Özünün mətbuata verdiyi açıqlamalardan aydın olur ki, ölkə rəhbərliyi qarşısında qaldırdığı təkliflərin hamısına rahatlıqla dəstək ala bilir.


Bakı merliyinə namizəd olaraq adı hallandırılan digər məmur Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur. Bundan əvvəl Z.Fərəcov Abşeron rayonunun rəhbəri olub, rayonda böyük abadlıq işlərinin həyata keçirilməsini təmin edib. Sumqayıta təyin olunandan sonra ölkənin ikinci böyük şəhərində geniş miqyasda yenidənqurma və abadlıq işlərini reallaşdırıb. Sumqayıtın yenidən sənaye şəhəri imicinin bərpa olunması prosesində aktiv iştirak edib. İcra hakimiyyəti başçısı kimi müsbət xarakteristikası olan azsaylı məmurlardan biridir.


Digər bir iddiaçı isə artıq sabiq nazir olan Azad Rəhimovdur. Onun şansının daha yüksək olduğuna dair hətta sosial şəbəkələrdə məlumat – mülahizələr dolaşır. Azad Rəhimov paytaxtda keçirilən beynəlxalq tədbirlərin təşkilatçısı kimi, ciddi uğurlara imza atmış şəxs sayılır və belə bir kadrın kənarda qalacağı inandırıcı görünmür.


Nəhayət, Bakıya rəhbərliyə gətiriləcək şəxslər arasında daha bir məmurun adı çəkilir. Bu, hazırda Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı işləyən Əhəd Abıyevdir. 1984-1991-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində böyük müfəttiş, böyük iqtisadçı, 1991-1995-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin müdiri vəzifələrində işləmiş Ə.Abıyev paytaxt təsərrüfatına yaxından bələddir.

Üç çağırış (15 il) Milli Məclisin deputatı olub. 2011-ci ilin fevral ayından bu günə kimi Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısıdı. Onun rəhbərliyi altında Daşkəsən kimi ucqar rayonun inkişafı istiqamətində ciddi addımlar atılıb, rayonun turizm potensialının reallaşdırılması üçün tədbirlər həyata keçirilib.

Onu da qeyd edək ki, adları çəkilən hər üç namizədi fətqləndirən əsas amil onların hakimiyyətdaxili qruplaşmalardan kənarda qalmaları, fəaliyyətlərinin birbaşa ölkə rəhbərliyi ilə əlaqələnməsidir. (Musavat.com)


Bakı Şəhər İcra Hakimiyyəti başçısı postuna ən şanslı namizədlər – ADLAR



Bakı Şəhər İcra Hakimiyyəti başçısı postuna ən şanslı namizədlər – ADLAR


Bakı Şəhər İcra Hakimiyyəti başçısı postuna ən şanslı namizədlər – ADLAR



Bakı Şəhər İcra Hakimiyyəti başçısı postuna ən şanslı namizədlər – ADLAR

Son xəbərlər

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bütün xəbərlər